BMT Ukraynadan bezib
16 Noyabr 2026, 18:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
900
26.09.2025, 14:20
Taylandın yeni hökuməti kral Vajiralonqkorn və kraliça Suthidanın iştirakı ilə keçirilən mərasimdə and içib.
Oxu24.com xəbər verir ki, paytaxt Banqkokdakı Dusit sarayında keçirilən mərasimdə baş nazir və daxili işlər naziri vəzifələrində çalışacaq Anutin Çarnvirakul və onu müşayiət edən 36 kabinet üzvü Kral Vajiralonqkorn və Kraliça Suthidanın iştirakı ilə and içib.
Tayland adət-ənənələrinə uyğun keçirilən mərasimdə bütün kabinet üzvləri yerə səcdə edərək kral və kraliçanın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Mərasimdə çıxış edən Kral Vajiralonqkorn Baş nazir Çarnvirakula və kabinet üzvlərinə vəzifələrində əzm və qətiyyət arzulayıb.
Konstitusiya Məhkəməsinin ötən ay baş nazir Paetongtarn Shinawatra-nı etik pozuntulara görə vəzifəsindən kənarlaşdırmasından sonra, sentyabrın 5-də parlamentdə keçirilən səsvermədə Anutin Çarnvirakul ölkənin 32-ci baş naziri seçilib.
Anutin Charnvirakul uzun müddət Bhumcaithai Partiyasının lideri kimi Tayland siyasətində fəal rol oynayıb.
Əvvəllər baş nazirin müavini və səhiyyə naziri vəzifələrində çalışmış Anutin, xüsusilə COVID-19 pandemiyası zamanı apardığı siyasətlə diqqət çəkib.
Son seçkilərdə qurduğu koalisiya ilə hakimiyyətə gələn Anutin, Tayland siyasətində daxili siyasət, iqtisadiyyat, sərhəd mübahisələri, fəlakətlərin idarə edilməsi kimi mövzularda verdiyi açıqlamalarla seçilən təcrübəli siyasətçi kimi tanınır.
Miri
20:19 / 16 Noyabr 2026
23
20:13 / 16 Noyabr 2026
81
20:07 / 16 Noyabr 2026
237
19:55 / 16 Noyabr 2026
66
19:47 / 16 Noyabr 2026
68
19:40 / 16 Noyabr 2026
83
19:28 / 16 Noyabr 2026
78
19:18 / 16 Noyabr 2026
90
19:09 / 16 Noyabr 2026
99
19:05 / 16 Noyabr 2026
87
18:58 / 16 Noyabr 2026
99
18:45 / 16 Noyabr 2026
103
18:41 / 16 Noyabr 2026
100
18:35 / 16 Noyabr 2026
166
18:23 / 16 Noyabr 2026
101
18:17 / 16 Noyabr 2026
142
18:16 / 16 Noyabr 2026
99
18:05 / 16 Noyabr 2026
104
18:04 / 16 Noyabr 2026
103
17:55 / 16 Noyabr 2026
105
17:50 / 16 Noyabr 2026
468
17:47 / 16 Noyabr 2026
103
17:30 / 16 Noyabr 2026
110
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.