Rusiyanın Ukraynaya hava zərbələri nəticəsində 6 nəfər həlak olub
12 Oktyabr 2026, 00:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1685
26.09.2025, 10:39
Avropa diplomatları Kremlə gizli şəkildə xəbərdarlıq ediblər ki, NATO artıq öz hava məkanında Rusiyanın təxribatlarına dözməyəcək və hava sərhədini pozan rus təyyarələrini vuracaq.
Oxu24.com xəbər verir ki, bu barədə “Blumberq” məlumatlı mənbələrə istinadən yazıb.
Məlumata görə, bu həftə Moskvada gərgin görüş keçirilib və həmin görüşdə Böyük Britaniya, Fransa və Almaniyanın nümayəndələri keçən həftə Estoniyanın hava məkanına üç MiQ-31 qırıcı təyyarəsinin daxil olması ilə bağlı narahatlıqlarını bildiriblər. Adlarının açıqlanmasını istəməyən rəsmilərin sözlərinə görə, danışıqlardan belə təəssürat yaranıb ki, Rusiya hərbi təyyarələrinin NATO hava məkanını pozması pilotların özbaşına addımı deyil, məhz komandanlığın əmri ilə həyata keçirilib.
Xüsusilə bildirilir ki, Moskva görüşü zamanı rusiyalı diplomat avropalılara Estoniya hava məkanının pozulmasının Ukraynanın Krıma endirdiyi zərbələrə cavab olduğunu deyib. Kreml hesab edir ki, bu hücumlar NATO-nun dəstəyi olmadan mümkün olmazdı, buna görə də rus rəsmilərinin sözlərinə görə, Moskva özünü Avropa ölkələri ilə qarşıdurmaya cəlb olunmuş hesab edir. (axar.az)
01:20 / 12 Oktyabr 2026
689
01:15 / 12 Oktyabr 2026
124
00:50 / 12 Oktyabr 2026
128
00:40 / 12 Oktyabr 2026
1785
00:40 / 12 Oktyabr 2026
122
00:38 / 12 Oktyabr 2026
227
00:36 / 12 Oktyabr 2026
177
00:35 / 12 Oktyabr 2026
175
00:17 / 12 Oktyabr 2026
586
23:55 / 11 Oktyabr 2026
132
23:50 / 11 Oktyabr 2026
1055
23:43 / 11 Oktyabr 2026
91
23:37 / 11 Oktyabr 2026
90
23:30 / 11 Oktyabr 2026
2740
23:21 / 11 Oktyabr 2026
225
23:09 / 11 Oktyabr 2026
759
23:02 / 11 Oktyabr 2026
138
22:49 / 11 Oktyabr 2026
815
22:46 / 11 Oktyabr 2026
144
22:28 / 11 Oktyabr 2026
2052
22:25 / 11 Oktyabr 2026
193
22:22 / 11 Oktyabr 2026
982
22:19 / 11 Oktyabr 2026
154
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.