Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
14 Oktyabr 2026, 00:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
245
06.09.2025, 09:04
Öskürək orqanizmin özünü qoruma refleksi olsa da, onun səbəbi hər zaman sadə soyuqdəymə olmaya bilər. Xüsusilə də iki həftədən artıq davam edən və keçmək bilməyən öskürək daha ciddi sağlamlıq problemlərinin xəbərçisinə çevrilə bilər.
Oxu24.com xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, davamlı öskürəyin arxasında çoxsaylı səbəblər dayana bilər və onların bəziləri həyati əhəmiyyət daşıyan xəstəliklərlə bağlıdır. Ən çox rast gəlinən səbəblərdən biri xroniki bronxitdir. Bu zaman bronxların uzunmüddətli iltihabı yaranır və tənəffüs yolları həssaslaşır. Xüsusilə siqaret çəkənlərdə və tozlu mühitdə çalışan insanlarda bu daha çox müşahidə olunur.
Bronxial astma da keçməyən öskürəyin səbəblərindən biridir. Astma xəstələri çox zaman nəfəs darlığı, sinədə sıxılma və quru öskürəkdən şikayət edirlər. Əksər hallarda bu öskürək gecələr və ya fiziki hərəkət zamanı artır. Digər yayılmış səbəblərdən biri də allergik reaksiyalardır. Toz, polen, heyvan tükü kimi allergenlərə qarşı həssaslığı olan şəxslərdə burun axıntısı və göz qızartısı ilə yanaşı, davamlı öskürək də yarana bilər. Daha az tanınan, lakin çox yayılmış səbəblərdən biri isə qastroezofageal reflü xəstəliyidir. Bu zaman mədə turşusu qida borusuna doğru qalxaraq onu qıcıqlandırır və nəticədə xüsusilə gecə saatlarında quru və qıcıqlandırıcı öskürək meydana gəlir.
Keçməyən öskürək bəzi hallarda vərəm kimi infeksion xəstəliklərin də əlaməti ola bilər. Əgər öskürək qanlı bəlğəmlə müşayiət olunursa, halsızlıq və arıqlama da varsa, bu zaman dərhal həkimə müraciət etmək vacibdir. Eyni zamanda, bəzən ürək çatışmazlığı da tənəffüs yollarında maye toplanmasına səbəb olur ki, bu da davamlı öskürəyə yol açır. Xüsusilə gecə və uzanarkən baş verən öskürəklər bu baxımdan diqqətəlayiqdir. Ən ciddi ehtimallardan biri isə ağciyər xərçəngi ola bilər. Bu xəstəlik bəzən yalnız keçməyən öskürəklə özünü göstərir və erkən mərhələdə başqa heç bir simptom verməyə bilər. Siqaret çəkənlər və ya risk qrupuna daxil olan şəxslər belə hallarda daha diqqətli olmalıdır.
Qeyd edək ki, əgər öskürək iki həftədən çox çəkirsə və əlavə simptomlarla (qanlı bəlğəm, nəfəs darlığı, arıqlama və s.) müşayiət olunursa, heç bir halda gözləmək olmaz. Vaxtında həkimə müraciət etmək, erkən diaqnoz və müalicə üçün əsas şərtdir.
Eyni zamanda özbaşına antibiotik və ya öskürək dərmanları qəbul etmək düzgün yanaşma deyil. Bu, əsas xəstəliyi gizlədə bilər və vəziyyətin ağırlaşmasına gətirib çıxara bilər.
00:30 / 14 Oktyabr 2026
489
00:28 / 14 Oktyabr 2026
370
00:11 / 14 Oktyabr 2026
326
00:09 / 14 Oktyabr 2026
110
23:55 / 13 Oktyabr 2026
244
23:55 / 13 Oktyabr 2026
99
23:55 / 13 Oktyabr 2026
114
23:54 / 13 Oktyabr 2026
115
23:43 / 13 Oktyabr 2026
100
23:41 / 13 Oktyabr 2026
142
23:33 / 13 Oktyabr 2026
96
23:24 / 13 Oktyabr 2026
526
23:15 / 13 Oktyabr 2026
174
23:02 / 13 Oktyabr 2026
281
22:57 / 13 Oktyabr 2026
122
22:49 / 13 Oktyabr 2026
250
22:47 / 13 Oktyabr 2026
142
22:43 / 13 Oktyabr 2026
113
22:25 / 13 Oktyabr 2026
798
22:19 / 13 Oktyabr 2026
514
22:18 / 13 Oktyabr 2026
104
22:10 / 13 Oktyabr 2026
399
22:02 / 13 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.