BMT Ukraynadan bezib
16 Noyabr 2026, 18:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
623
19.09.2025, 15:58
ABŞ prezidenti Donald Trampın böyük oğlu İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Oxu24.com xəbər verir ki, bu barədə Middle East Eye (MEE) məlumat yayıb.
Sentyabrın 17-də Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl, "Fələstində qan axarkən, lobbi firmaları vasitəsilə Trampın oğlu ilə iş görürlər", deyə qeyd edib.
CHP lideri danışıqları “gizli” adlandırıb və müzakirənin bölgənin ən həssas məsələlərindən biri olan Fələstin məsələsinin müzakirə edildiyini vurğulayıb.
O qeyd edib ki, rəsmi sənədlərdə kiçik Donald Trampın adı açıqlanmadan “iş adamı” kimi qeyd edilib.
MEE-nin məlumatına görə, başqa bir türk mənbəsi kiçik Trampın səfərini yaxşı münasibətləri qorumaq məqsədi daşıyan “formal” səfər kimi qiymətləndirib və görüşdə Fələstin məsələsinin müzakirəsini təkzib edib.
Bu arada MEE xəbər verir ki, Ərdoğan BMT-nin qarşıdan gələn sammiti çərçivəsində Nyu-Yorkda Amerika lideri ilə mühüm danışıqlara hazırlaşır.
Əsas mövzular arasında F-16 döyüş təyyarəsi müqaviləsi, Suriya kürdlərinin Dəməşq hökumət strukturuna inteqrasiyası, Türkiyənin F-35 təyyarələri alması, Suriya və Qəzzada baş verən hadisələr nəticəsində Türkiyə-İsrail münasibətlərinin pisləşməsi daxildir.
Ərdoğan daha əvvəl Fələstin lideri ilə bağlı qapılar arxasında danışıqlar aparmışdı.
Nigar
23:33 / 16 Noyabr 2026
12
23:25 / 16 Noyabr 2026
34
23:07 / 16 Noyabr 2026
69
22:57 / 16 Noyabr 2026
69
22:47 / 16 Noyabr 2026
75
22:30 / 16 Noyabr 2026
75
22:25 / 16 Noyabr 2026
113
22:21 / 16 Noyabr 2026
173
22:10 / 16 Noyabr 2026
111
21:59 / 16 Noyabr 2026
93
21:52 / 16 Noyabr 2026
129
21:46 / 16 Noyabr 2026
96
21:35 / 16 Noyabr 2026
120
21:30 / 16 Noyabr 2026
1640
21:24 / 16 Noyabr 2026
103
21:16 / 16 Noyabr 2026
117
21:01 / 16 Noyabr 2026
143
20:56 / 16 Noyabr 2026
112
20:54 / 16 Noyabr 2026
124
20:52 / 16 Noyabr 2026
159
20:46 / 16 Noyabr 2026
153
20:44 / 16 Noyabr 2026
708
20:34 / 16 Noyabr 2026
127
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.