Burada dini amilləri əsas götürmürük - Ərdoğan
13 Oktyabr 2026, 00:05
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
2476
18.09.2025, 23:56
Balkanların məşhur kor kahini Vanqa, gələcəklə bağlı iddialı proqnozları ilə tanınır. O, əvvəllər Şahzadə Diananın ölümü, 11 Sentyabr hücumları və Covid-19 pandemiyasını öncədən görməsi ilə yadda qalmışdı. Onun ardıcılları hesab edir ki, Vanqanın bəzi proqnozları indiki dövrdə də reallıqla üst-üstə düşür.
Oxu24.com xarici mətbuata istinadən xəbər verir ki, Vanqa 1990-cı ildə öz ölüm tarixini 11 avqust 1996 olaraq öncədən demiş və bu doğru çıxmışdı. Eləcə də 2025-ci il üçün "Avropada böyük müharibə başlayacaq, bəşəriyyətin süqutu yaxınlaşacaq" proqnozunu vermişdi. Onun sözlərinə görə, "Şərqdə başlayan müharibə Qərbin dağılmasına səbəb olacaq", bu prosesdə isə Rusiya dünyanın əsas gücünə çevriləcək.
2026-cı il üçün proqnozlar:
Təbii fəlakət: Zəlzələ, vulkan püskürmələri və iqlim böhranı artacaq. Dünyanın 7-8%-lik ərazisi ciddi zərər görə bilər, ekosistemlər və infrastruktur dağıla bilər.
Üçüncü Dünya Müharibəsi: Vanqaya görə, 2026-cı ildə böyük dövlətlər arasında gərginlik pik həddə çatacaq. Çin tərəfindən Tayvanın işğalı ilə başlayan böhran Rusiyanı və ABŞ-ı birbaşa qarşıdurmaya aparacaq.
Texnologiya və süni intellekt: Vanqa 2026-cı ildə süni intellektin idarəni ələ alacağını, insanların işlərini, münasibətlərini və gündəlik həyat tərzini robotlara itirəcəyini bildirib.
Ufo ilə ilk təmas: Ən diqqətçəkən iddia isə 2026-cı ilin noyabrında baş verəcək hadisədir. Vanqa nəhəng bir kosmik gəminin Yer atmosferinə daxil olacağını və bəşəriyyətlə ilk təmasın qurulacağını söyləyib.
Elmi dünyadan maraqlı təsadüf
NASA bu il nadir davranışlar göstərən bir kuyruklu ulduzun Yerə yaxınlaşdığını açıqlayıb. Harvardlı astrofizik Avi Loeb isə bunun əslində təbii göy cismi yox, ağıllı sivilizasiyaya aid ola biləcəyini iddia edib.
Loeb xəbərdarlıq edərək deyib: "Bu obyekt bəlkə bizi xilas etmək, bəlkə də məhv etmək üçün gəlir. Hazırlıqlı olmalıyıq." Onun sözlərinə görə, həmin cisim Günəş sisteminin təbii hərəkətinə tamamilə əks istiqamətdə irəliləyir.
01:20 / 13 Oktyabr 2026
61
00:44 / 13 Oktyabr 2026
272
00:38 / 13 Oktyabr 2026
136
00:35 / 13 Oktyabr 2026
377
00:33 / 13 Oktyabr 2026
85
00:13 / 13 Oktyabr 2026
109
00:08 / 13 Oktyabr 2026
215
00:07 / 13 Oktyabr 2026
172
00:05 / 13 Oktyabr 2026
124
23:56 / 12 Oktyabr 2026
98
23:49 / 12 Oktyabr 2026
183
23:46 / 12 Oktyabr 2026
849
23:32 / 12 Oktyabr 2026
136
23:25 / 12 Oktyabr 2026
113
23:17 / 12 Oktyabr 2026
144
23:16 / 12 Oktyabr 2026
116
23:14 / 12 Oktyabr 2026
189
23:04 / 12 Oktyabr 2026
90
23:04 / 12 Oktyabr 2026
1228
23:01 / 12 Oktyabr 2026
127
22:54 / 12 Oktyabr 2026
137
22:43 / 12 Oktyabr 2026
146
22:42 / 12 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.