Ukrayna Moskvaya hücuma keçib
13 Oktyabr 2026, 10:16
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
712
12.09.2025, 23:06
Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələrin danışıqlarının nəticələrinə görə Gümrü-Qars dəmir yolunun və elektrikötürücü xəttinin bərpası və istismarı üçün zəruri texniki tədqiqatların aparılması barədə razılığa gəliblər.
Oxu24.com report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin Türkiyə və Ermənistan münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələr Serdar Kılıç və Ruben Rubinyanın görüşünün nəticələrinə dair açıqlamasında bildirilib.
"Bu görüş zamanı xüsusi nümayəndələr Ermənistan və Türkiyə arasında münasibətlərin tam normallaşması prosesini irəlilətmək məqsədilə əvvəlki görüşlərdə müzakirə olunan və razılaşdırılan məsələləri təsdiqləyiblər. Bu kontekstdə onlar 1 iyul 2022-ci il tarixli görüşdə əldə edilmiş sərhədlərin demarkasiyası razılaşmasının həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Xüsusi nümayəndələr bu prosesi sürətləndirmək barədə razılığa gəliblər", - qurumun məlumatında qeyd olunub.
XİN-dən bildirilib ki, tərəflər həmçinin mədəni və akademik sahələrdə əməkdaşlığın gücləndirilməsi üçün səylər göstərməyi, xüsusilə ali təhsil müəssisələrinin tələbələri üçün təqaüd imkanlarının yaradılması və Ani/İpək Yolu tarixi körpüsünün birgə bərpası yolu ilə razılaşıblar.
Xüsusi nümayəndələr S.Kılıç və R.Rubinyan, həmçinin iki ölkə arasında aviareyslərinin sayının artırılması üçün iş aparmağa razılaşıblar.
"Onlar həmçinin heç bir ilkin şərt olmadan normallaşma prosesini davam etdirməyə sadiq olduqlarını təsdiqləyiblər", - Ermənistan XİN-dən vurğulanıb.Milli.Az
12:00 / 13 Oktyabr 2026
1
11:54 / 13 Oktyabr 2026
29
11:52 / 13 Oktyabr 2026
35
11:49 / 13 Oktyabr 2026
35
11:45 / 13 Oktyabr 2026
43
11:41 / 13 Oktyabr 2026
49
11:39 / 13 Oktyabr 2026
48
11:34 / 13 Oktyabr 2026
46
11:31 / 13 Oktyabr 2026
65
11:28 / 13 Oktyabr 2026
47
11:26 / 13 Oktyabr 2026
83
11:25 / 13 Oktyabr 2026
46
11:22 / 13 Oktyabr 2026
52
11:14 / 13 Oktyabr 2026
165
11:04 / 13 Oktyabr 2026
83
11:00 / 13 Oktyabr 2026
59
10:58 / 13 Oktyabr 2026
70
10:51 / 13 Oktyabr 2026
57
10:45 / 13 Oktyabr 2026
79
10:38 / 13 Oktyabr 2026
1293
10:34 / 13 Oktyabr 2026
410
10:29 / 13 Oktyabr 2026
81
10:25 / 13 Oktyabr 2026
284
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.