Mirzoyan: Ermənistan-Türkiyə sərhədi hər an açıla bilər
15 Oktyabr 2026, 11:55
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1822
12.09.2025, 20:06
Rusiya Prezidenti Vladimir Putin ölkəni üç eyni bunker vasitəsilə idarə edir. Bu onun yerini həm məmurlardan, həm də kəşfiyyat orqanlarından gizlətməyə imkan verir.
Oxu24.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına görə, V.Putin Rusiyanı ölkənin müxtəlif bölgələrində yerləşən üç eyni konfrans zalından idarə edir. Bütün ofislər vahid plana uyğun tikilib və ən xırda detallarına qədər eyni təchizatla təmin olunub.
Hətta kabinetlərdəki laklı masanın üstündəki qoşa başlı qartal olan qələm tutacağı və on ədəd iti karandaşın düzülüşü hər üç otaqda eynidir. Pəncərələrin olmaması isə dövlət başçısının yerini xarici müşahidəçilərin müəyyən etməsini mümkünsüz edir.
V.Putin mobil telefonlardan istifadə etmir və nadir hallarda internetə çıxır. O, xüsusi mobil stend üzərində düz monitorlardan istifadə edərək videobağlantı vasitəsilə görüşlər keçirir. Ofislərdəki kompüterlər isə şəbəkədən ayrılıb və ya ciddi şəkildə təcrid olunub.
Prezidentin Kommunikasiya İdarəsinin mühəndisləri onun zənglərinin şifrlənməsini təmin edən xüsusi rabitə rejimini idarə edirlər.
Məhz bu bunkerlər vasitəsilə V.Putin müharibə zamanı ölkəni idarə edir, Ukraynadakı cəbhə xəttində komandirlərə əmrlər verir və Rusiyanın daxili məhdudiyyətlərinə nəzarət edir.
Videokonfranslar zamanı ekranda görünən rəsmilər çox vaxt Prezidentin zənginin ölkənin 11 saat qurşağından hansından gəldiyini bilmirlər.
“The Wall Street Journal” yazır ki, heyət bəzən V.Putinin başqa şəhərə köçdüyünü elan edir, hava limanına boş kortej və təyyarə göndərir, daha sonra isə o, videokonfransda görünərək başqa yerdə olduğu illüziyası yaradır.
12:10 / 15 Oktyabr 2026
1
12:08 / 15 Oktyabr 2026
8
12:01 / 15 Oktyabr 2026
27
11:57 / 15 Oktyabr 2026
25
11:55 / 15 Oktyabr 2026
32
11:46 / 15 Oktyabr 2026
49
11:40 / 15 Oktyabr 2026
54
11:29 / 15 Oktyabr 2026
370
11:25 / 15 Oktyabr 2026
75
11:16 / 15 Oktyabr 2026
68
11:14 / 15 Oktyabr 2026
67
11:04 / 15 Oktyabr 2026
90
11:00 / 15 Oktyabr 2026
57
10:57 / 15 Oktyabr 2026
61
10:52 / 15 Oktyabr 2026
75
10:45 / 15 Oktyabr 2026
48
10:42 / 15 Oktyabr 2026
71
10:40 / 15 Oktyabr 2026
92
10:35 / 15 Oktyabr 2026
79
10:26 / 15 Oktyabr 2026
61
10:24 / 15 Oktyabr 2026
1353
10:09 / 15 Oktyabr 2026
72
10:05 / 15 Oktyabr 2026
58
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.