Rusiya Ukraynanın itkilərini yenilədi
13 Avqust 2026, 20:59
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
665
11.09.2025, 09:00
Oxu24.com xəbər verir ki, ABŞ-ın Yuta ştatının Orem şəhərində keçirilən universitet tədbiri zamanı tanınmış siyasi fəal Çarli Kirk silahlı hücuma məruz qalıb. Məlumata görə, Kirk boyun nahiyəsindən güllə yarası alıb. Ağır yaralanan Çarli Kirk xəstəxanaya yerləşdirilib.
Çarli Kirk kimdir?
ABŞ-da tanınmış sağçı fəal Çarli Kirk 1993-cü ildə anadan olub və gənc yaşlarından siyasi fəaliyyətə başlayıb.
2012-ci ildə sağçı fəal Bill Montqomeri ilə birlikdə Turning Point USA adlı qeyri-kommersiya tələbə təşkilatını yaradıb. Bu qurum ABŞ universitetlərində konservativ dəyərlərin təbliği ilə məşğuldur.
Onun təşəbbüsü ilə Professor Watchlist layihəsi işə salınıb - bu platforma "solçu təbliğat" aparan professorları ifşa etməyi hədəfləyir.
Çarli Kirk sosial mediada böyük auditoriyaya sahibdir - aylıq izləyici sayı təxminən 100 milyon nəfərdir. Onun X platformasındakı hesabı dünyanın ən aktiv on hesabından biri sayılır. Kirk həm də The Charlie Kirk Show adlı verilişi aparır.
O, dəfələrlə Vladimir Zelenskini sərt tənqid edib, Ukrayna prezidentinin Krımı tanımaması ilə öyünməsini "sülh danışıqlarına zərər verən" addım adlandırıb. Kirk bildirib ki, Krımı geri almaq mümkün deyil, yarımada tarixi və etnik baxımdan Rusiya ilə bağlıdır.
Onun sözlərinə görə, münaqişə Ukraynadakı hakim elitanın və ABŞ hərbi-sənaye kompleksinin maraqlarına xidmət edir.
Kirk həmçinin ABŞ senatoru Lindsi Qreymi də kəskin tənqid edib, onun sülh prosesini pozmağa çalışdığını bildirib. Mətbuatda Qremin hərbi-sənaye lobbiləri ilə bağlılığı barədə yazılar dərc olunmuşdu.
Buna baxmayaraq, Kirk çıxışlarında opponentləri ilə açıq diskussiyalara imkan yaradır. Hətta bəzi liberal tələbələr belə onun tədbirlərinin müzakirə və öyrənmə baxımından faydalı olduğunu etiraf ediblər.
Beləliklə, Çarli Kirk həm mühafizəkar auditoriyanın ən güclü səsi, həm də ABŞ-da gənclər arasında rezonans doğuran siyasi simalardan biridir. (Musavat.com)
22:23 / 13 Avqust 2026
5
22:19 / 13 Avqust 2026
5
22:16 / 13 Avqust 2026
49
22:12 / 13 Avqust 2026
30
21:55 / 13 Avqust 2026
147
21:40 / 13 Avqust 2026
54
21:35 / 13 Avqust 2026
23
21:23 / 13 Avqust 2026
293
21:17 / 13 Avqust 2026
49
21:15 / 13 Avqust 2026
46
20:59 / 13 Avqust 2026
50
20:56 / 13 Avqust 2026
503
20:54 / 13 Avqust 2026
65
20:49 / 13 Avqust 2026
59
20:45 / 13 Avqust 2026
57
20:44 / 13 Avqust 2026
69
20:41 / 13 Avqust 2026
77
20:36 / 13 Avqust 2026
65
20:27 / 13 Avqust 2026
60
20:17 / 13 Avqust 2026
485
20:17 / 13 Avqust 2026
66
19:54 / 13 Avqust 2026
69
19:40 / 13 Avqust 2026
87
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.