Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
14 Oktyabr 2026, 00:09
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
816
08.09.2025, 09:00
Dəvə hörümçəkləri (elmi adıyla, solpuqlar) təbiətin ən sirli və eyni zamanda qorxunc görkəmli canlılarından biri sayılır. Onların uzunluğu 15 santimetrə qədər çata bilər və olduqca iri çənələrə sahibdirlər.
Oxu24.com bu barədə "BBC Wildlife Magazine"ə istinadən məlumat verir.
Hərçənd elmi baxımdan onlar hörümçək sayılmırlar, yenə də hörümçəklilər sinfinə daxildirlər. Bu maraqlı canlıların indiyədək 1000-dən çox növü aşkar edilib.
Dəvə hörümçəkləri səkkiz ayağa və ovlarını tutmaq üçün istifadə etdikləri iki pedipalpa malikdirlər. Bədən rəngləri adətən qəhvəyi və ya açıq qəhvəyi olur ki, bu da onlara səhralarda gizlənməyə və ovlarını asanlıqla izləməyə şərait yaradır.
Bu növə dünyanın bir çox bölgəsində Yaxın Şərq, Şimali Afrika, Hindistan, Meksika və ABŞ-ın cənub-qərbində rast gəlinir. Yalnız Avstraliya və Antarktidada yaşamırlar.
Dəvə hörümçəkləri olduqca sürətlidirlər, saatda 16 kilometrə qədər hərəkət edə bilirlər. Gecə ovlanmağı üstün tuturlar. Qidalanma rasionlarına siçan kimi xırda gəmiricilər, kərtənkələlər, müxtəlif həşəratlar və bəzən kiçik quşlar daxildir.
Zəhərli olmasalar da, əsas silahları güclü çənələridir. Bu çənələrin uzunluğu bəzən bədənlərinin üçdə biri qədər ola bilər. Mütəxəssislər bildirirlər ki, onların dişləməsi ağrılı olsa da, insanlar üçün həyati təhlükə yaratmır.
Dəvə hörümçəkləri haqqında geniş yayılmış miflərdən biri də onların dəvələrin bədəninə girərək içlərini yeməsidir. Lakin bu iddia elmi əsaslara söykənmir və həqiqəti əks etdirmir.
00:30 / 14 Oktyabr 2026
10
00:28 / 14 Oktyabr 2026
20
00:11 / 14 Oktyabr 2026
50
00:09 / 14 Oktyabr 2026
48
23:55 / 13 Oktyabr 2026
89
23:55 / 13 Oktyabr 2026
48
23:55 / 13 Oktyabr 2026
55
23:54 / 13 Oktyabr 2026
53
23:43 / 13 Oktyabr 2026
54
23:41 / 13 Oktyabr 2026
76
23:33 / 13 Oktyabr 2026
60
23:24 / 13 Oktyabr 2026
315
23:15 / 13 Oktyabr 2026
133
23:02 / 13 Oktyabr 2026
192
22:57 / 13 Oktyabr 2026
88
22:49 / 13 Oktyabr 2026
165
22:47 / 13 Oktyabr 2026
104
22:43 / 13 Oktyabr 2026
87
22:25 / 13 Oktyabr 2026
600
22:19 / 13 Oktyabr 2026
397
22:18 / 13 Oktyabr 2026
90
22:10 / 13 Oktyabr 2026
308
22:02 / 13 Oktyabr 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.