Sükansız və pedalsız avtomobillər satışa çıxarıldı
16 Noyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1779
06.09.2025, 20:13
Rusiya Prezidenti Vladimir Putin, Çin lideri Si Cinpin və Şimali Koreya rəhbəri Kim Çenin yaxınlaşması Qərb üçün ciddi təhlükə yaradır.
Oxu24.com Globalinfo-ya istinadən xəbər verir ki, bu barədə Britaniyanın “Daily Mail” nəşrinin təhlilində bildirilib.
Qeyd olunub ki, Cinpin “qiyam oxu” adlandırdığı bu üçlüyünü Qərbə qarşı vahid ittifaq halına gətirib.
Məlumata görə, NATO ayrı-ayrılıqda Rusiya, Çin və ya Şimali Koreyanı üstələyə bilsə də, onların birləşmiş qüvvələri say və silah baxımından üstündür. NATO-nun 32 üzvünün ümumi hərbi arsenalı 3 milyon aktiv əsgər, 14 mindən çox tank və 4200 nüvə başlığı təşkil edir. Lakin Rusiya, Çin və Şimali Koreyanın birgə gücü 5 milyona yaxın aktiv əsgər və 6 mindən çox nüvə başlığı ilə daha üstün hesab olunur.
Təhlildə bildirilib ki, 3 ölkənin ordusu istənilən döyüşə hazırdır və təlimlərdə fəal iştirak edirlər. Avropa ölkələri ehtimal müharibə ssenarisinə qarşı sərhəd təhlükəsizliyini gücləndirir, Almaniya və Fransa isə yaxın illərdə müdafiə xərclərini artırmağı planlaşdırır. Ekspertlər xəbərdarlıq edirlər ki, Avropanın nüvə arsenalını artırması zəruridir.
NATO baş katibi Mark Rutte isə bildirib ki, Rusiya və Çinin eyni vaxtda hücumu dünyanı tarixi sınaq qarşısında qoya bilər.
00:49 / 17 Noyabr 2026
85
00:34 / 17 Noyabr 2026
188
00:17 / 17 Noyabr 2026
94
23:58 / 16 Noyabr 2026
105
23:50 / 16 Noyabr 2026
115
23:37 / 16 Noyabr 2026
116
23:33 / 16 Noyabr 2026
101
23:25 / 16 Noyabr 2026
102
23:07 / 16 Noyabr 2026
104
22:57 / 16 Noyabr 2026
113
22:47 / 16 Noyabr 2026
120
22:30 / 16 Noyabr 2026
114
22:25 / 16 Noyabr 2026
159
22:21 / 16 Noyabr 2026
247
22:10 / 16 Noyabr 2026
145
21:59 / 16 Noyabr 2026
113
21:52 / 16 Noyabr 2026
149
21:46 / 16 Noyabr 2026
115
21:35 / 16 Noyabr 2026
140
21:30 / 16 Noyabr 2026
2211
21:24 / 16 Noyabr 2026
124
21:16 / 16 Noyabr 2026
137
21:01 / 16 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.