Sükansız və pedalsız avtomobillər satışa çıxarıldı
16 Noyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
640
03.09.2025, 09:21
ABŞ Prezidenti Donald Tramp və ailəsi yeni kriptovalyuta addımı ilə bir gecədə 6 milyard dollar qazanıb. Bu nəhəng gəlir, illərdir davam edən daşınmaz əmlak imperiyasını belə kölgədə qoyaraq ailənin ən dəyərli sərvəti halına gəlib.
Tramp ailəsi, "World Liberty Finance" (WLFI) adlı kripto layihəsindəki payları ilə diqqət çəkir. Yeni bazara çıxarılan kriptovalyuta sayəsində Tramp ailəsi 6 milyard dollarlıq kağız üzərində sərvət əldə edib. Bu qazancın Tramp ailəsinin prezidentlik dönəmindəki ən böyük maliyyə uğuru olduğu qeyd olunur.
Məlumatlara görə, ailə bazarda mövcud olan bütün WLFI tokenlərinin təxminən dörddə birinə sahibdir. Bu pay WLFI-ni Tramp ailəsinin ən dəyərli varlığına çevirib və onların illərlə qurduqları daşınmaz əmlak portfelini belə geridə qoyub.
Layihənin qurucu ortaqları arasında Trampın oğulları Donald Trump Jr., Erik Tramp və Barron Tramp yer alır. Prezident Donald Tramp isə "Kurucu Ortak Emeritus" (fəxri qurucu) titulu ilə layihəyə simvolik və strateji dəstək verir.
Donald Tramp təxminən bir il əvvəl seçki kampaniyası zamanı World Liberty Finance-in təqdimatına dəstək vermiş, layihəni "Amerikanı bu dəfə kripto ilə yenidən böyük etmək" vizyonunun bir hissəsi kimi xarakterizə etmişdi.
Son günlərdə WLFI tokeninin sürətli dəyər artımı, Trampın Ağ Evdən kripto sənayesinə verdiyi müsbət mesajlar, tənzimləyici maneələri azaltma vədləri və xüsusi rəqəmsal pulların ABŞ iqtisadiyyatını canlandırma potensialına etdiyi vurğularla əlaqələndirilir.
00:49 / 17 Noyabr 2026
85
00:34 / 17 Noyabr 2026
188
00:17 / 17 Noyabr 2026
94
23:58 / 16 Noyabr 2026
105
23:50 / 16 Noyabr 2026
115
23:37 / 16 Noyabr 2026
116
23:33 / 16 Noyabr 2026
101
23:25 / 16 Noyabr 2026
102
23:07 / 16 Noyabr 2026
104
22:57 / 16 Noyabr 2026
113
22:47 / 16 Noyabr 2026
120
22:30 / 16 Noyabr 2026
114
22:25 / 16 Noyabr 2026
159
22:21 / 16 Noyabr 2026
247
22:10 / 16 Noyabr 2026
145
21:59 / 16 Noyabr 2026
113
21:52 / 16 Noyabr 2026
149
21:46 / 16 Noyabr 2026
115
21:35 / 16 Noyabr 2026
140
21:30 / 16 Noyabr 2026
2211
21:24 / 16 Noyabr 2026
124
21:16 / 16 Noyabr 2026
137
21:01 / 16 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.