“Halk TV”də axtarış aparıldı, yayımı dayandırıldı
14 Oktyabr 2026, 10:21
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
543
01.09.2025, 15:04
Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Ermənistanın Avropa İttifaqına (Aİ) üzv olmaq üçün Avrasiya İqtisadi İttifaqını (Aİİ) tərk edib-etməməsi ilə bağlı qərarı bütün amilləri nəzərə alaraq, yalnız erməni xalqı qəbul etməlidir.
"Bu yaxınlarda Nikol Vovayeviç Paşinyan (Ermənistanın baş naziri - red.) qeyd etdi ki, eyni zamanda Aİİ və Aİ-nin üzvü olmaq mümkün deyil. Əgər belə bir qərar nə vaxtsa verilsə, əminəm ki, bu və ya digər istiqamətdə qərarların qəbuluna təsir edən müxtəlif amillər nəzərə alınacaq", - Rusiya hökumətinin baş nazirinin müavini jurnalistlərə deyib.
Ötən həftə Paşinyan vurğulayıb ki, İrəvan Aİİ və Aİ-yə eyni vaxtda üzvlüyün mümkünsüzlüyünü başa düşür. “Qaçılmaz seçim anı gələndə biz müvafiq qərar qəbul edəcəyik”, - deyən baş nazir qeyd edib ki, istənilən ssenari mümkündür və hər şey “erməni xalqının iradəsindən, vəziyyətin təhlilindən, perspektivlərdən və danışıqların nəticələrindən” asılı olacaq.
Bir həftə əvvəl Paşinyan Overçukla görüş keçirib və orada Ermənistan və Rusiya arasında ikitərəfli gündəliyə aid məsələləri, o cümlədən ticarət dövriyyəsinin dinamikası və birgə proqramların həyata keçirilməsi prosesini müzakirə ediblər.
Nigar
11:22 / 14 Oktyabr 2026
6
11:21 / 14 Oktyabr 2026
31
11:09 / 14 Oktyabr 2026
59
11:07 / 14 Oktyabr 2026
47
11:00 / 14 Oktyabr 2026
63
10:59 / 14 Oktyabr 2026
50
10:59 / 14 Oktyabr 2026
61
10:49 / 14 Oktyabr 2026
80
10:42 / 14 Oktyabr 2026
60
10:42 / 14 Oktyabr 2026
205
10:36 / 14 Oktyabr 2026
1218
10:33 / 14 Oktyabr 2026
56
10:28 / 14 Oktyabr 2026
63
10:27 / 14 Oktyabr 2026
90
10:21 / 14 Oktyabr 2026
58
10:14 / 14 Oktyabr 2026
71
10:04 / 14 Oktyabr 2026
69
09:57 / 14 Oktyabr 2026
84
09:56 / 14 Oktyabr 2026
838
09:52 / 14 Oktyabr 2026
70
09:49 / 14 Oktyabr 2026
65
09:48 / 14 Oktyabr 2026
94
09:42 / 14 Oktyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.