“Halk TV”də axtarış aparıldı, yayımı dayandırıldı
14 Oktyabr 2026, 10:21
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
527
01.09.2025, 14:51
Avropa Komissiyası Bolqarıstana uçan və orada təhlükəsiz eniş edən Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin təyyarəsində GPS naviqasiya sistemlərində problemlərin olduğunu təsdiqləyib.
Oxu24.com xəbər verir ki, müvafiq bəyanatı Avropa Komissiyasının nümayəndəsi Arianna Podesta Brüsseldə keçirdiyi brifinqdə Bolqarıstanın Plovdiv şəhərinə uçuş zamanı fon der Leyenin “cəbhəyanı dövlətlər”ə səfəri zamanı problemlərini şərh edərkən deyib.
"Mən təsdiq edə bilərəm ki, Avropa Komissiyasınınprezidentinin təyyarəsi GPS blokuna məruz qalıb, lakin təhlükəsiz yerə enib", - Podesta deyib və əlavə edib ki, Bolqarıstan hakimiyyəti insidentdə Rusiyanı günahlandırır. Onun sözlərinə görə, bu insident “Avropa İttifaqının, xüsusən də “şərq cinahda yerləşən ölkələrin” təhlükəsizliyinin gücləndirilməsinin zəruriliyini təsdiqləyir.
Jurnalistlərin Bolqarıstanın Rusiyanın müdaxiləsinə dair hər hansı sübut təqdim edib-etməməsi ilə bağlı sualına o, belə cavab verib: "Xeyr, Bolqarıstan hakimiyyəti sadəcə öz fikirlərini bildirib. Hər halda, Bolqarıstan hakimiyyəti bu hadisəni araşdırmalıdır".
O, həmçinin ərazidəki digər təyyarələrin GPS siqnalında problem olub-olmadığını dəqiqləşdirə bilməyib. Onun sözlərinə görə, fon der Leyen xüsusi sifariş edilmiş çarter reysi ilə uçurdu, lakin o, təyyarənin tipini, markasını və ya göyərtəsində olan sərnişinlərin sayını deyə bilməyib.
Bolqarıstanda Avropa Komissiyasının rəhbəri mətbuat konfransının başlamasını təxminən bir saat yarım gecikdirdi. Mətbuat konfransını gözləyən beynəlxalq jurnalistlərin bildirdiyinə görə, onun gəlişi zamanı ərazidə şiddətli tufan müşahidə edilib.
Nigar
11:22 / 14 Oktyabr 2026
6
11:21 / 14 Oktyabr 2026
31
11:09 / 14 Oktyabr 2026
59
11:07 / 14 Oktyabr 2026
47
11:00 / 14 Oktyabr 2026
63
10:59 / 14 Oktyabr 2026
50
10:59 / 14 Oktyabr 2026
61
10:49 / 14 Oktyabr 2026
80
10:42 / 14 Oktyabr 2026
60
10:42 / 14 Oktyabr 2026
205
10:36 / 14 Oktyabr 2026
1218
10:33 / 14 Oktyabr 2026
56
10:28 / 14 Oktyabr 2026
63
10:27 / 14 Oktyabr 2026
90
10:21 / 14 Oktyabr 2026
58
10:14 / 14 Oktyabr 2026
71
10:04 / 14 Oktyabr 2026
69
09:57 / 14 Oktyabr 2026
84
09:56 / 14 Oktyabr 2026
838
09:52 / 14 Oktyabr 2026
70
09:49 / 14 Oktyabr 2026
65
09:48 / 14 Oktyabr 2026
94
09:42 / 14 Oktyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.