Sükansız və pedalsız avtomobillər satışa çıxarıldı
16 Noyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
561
01.09.2025, 14:30
Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidmətinin yaydığı məlumata görə, iki Qırğızıstan vətəndaşı iki ölkənin sərhədində onları saxlamağa cəhd edərkən Özbəkistan sərhədçiləri tərəfindən güllələnib.
Oxu24.com xəbər verir ki, Avqustun 25-də Qırğızıstanın hüquq-mühafizə orqanlarına Çatkal rayonunun Ayqır-Jal kəndinin iki sakininin itkin düşməsi barədə məlumat daxil olub.
Üç gün sonra Özbəkistan sərhəd xidməti xəbər verdi ki, avqustun 15-də onların sərhəd naryadı Özbəkistan, Qırğızıstan və Qazaxıstan sərhədlərinin kəsişdiyi ərazidə iki naməlum şəxs tapıb.
Özbəkistan tərəfinin məlumatına görə, həmin şəxslər onları saxlamağa cəhd edərkən əmrə tabe olmayıb, bundan sonra sərhəd xidmətinin əməkdaşları atəş açıb. Hər ikisi aldığı yaralardan dünyasını dəyişib.
Meyitlər sentyabrın 1-də Qırğızıstan tərəfinə təhvil verilib və müayinə olunmaq üçün Kerben şəhərinin morquna aparılıb. Sərhəd qurumlarının rəhbərləri razılaşıblar ki, sentyabrın 2-də hadisə yerində birgə araşdırma başlanacaq.
Bundan əvvəl, 2022-ci il mayın 5-də Özbəkistan sərhədçiləri Cəlal-Abad vilayətinin Dobo-Korqon rayonunda üç Qırğızıstan vətəndaşını güllələyiblər. Həmin ilin aprelində özbək sərhədçiləri dayandırmaq tələbinə məhəl qoymayan qaçaqmalçılara atəş açıb, nəticədə iki nəfər həlak olub. 2024-cü ilin mayında Qırğızıstan sərhədçiləri ilə Tacikistandan olan çobanlar arasında odlu silahdan istifadə ilə bağlı insident də olub - təsdiqlənməmiş məlumatlara görə, Tacikistan vətəndaşlarından biri ayağından yaralanıb.
Miri
00:49 / 17 Noyabr 2026
85
00:34 / 17 Noyabr 2026
188
00:17 / 17 Noyabr 2026
94
23:58 / 16 Noyabr 2026
105
23:50 / 16 Noyabr 2026
115
23:37 / 16 Noyabr 2026
116
23:33 / 16 Noyabr 2026
101
23:25 / 16 Noyabr 2026
102
23:07 / 16 Noyabr 2026
104
22:57 / 16 Noyabr 2026
113
22:47 / 16 Noyabr 2026
120
22:30 / 16 Noyabr 2026
114
22:25 / 16 Noyabr 2026
159
22:21 / 16 Noyabr 2026
247
22:10 / 16 Noyabr 2026
145
21:59 / 16 Noyabr 2026
113
21:52 / 16 Noyabr 2026
149
21:46 / 16 Noyabr 2026
115
21:35 / 16 Noyabr 2026
140
21:30 / 16 Noyabr 2026
2211
21:24 / 16 Noyabr 2026
124
21:16 / 16 Noyabr 2026
137
21:01 / 16 Noyabr 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.