Qaynar xətt:

(+99450) 247 90 86

Müdafiə naziri olan qadın - Maraqlı həyat HEKAYƏSİ 

news/2025_08_29/sakale_1756455636.webp

DÜNYA

871

29.08.2025, 12:12

Müdafiə nazirləri bir çox hallarda kişilər olur.Ancaq bu ölkənin müdafiə naziri qadındır.

Oxu24.com xəbər verir  ki, söhbət  Litvanın müdafiə naziri  Davile Şakalendən   gedir.

O,2024-cü ilin dekabrından bu postu tutur.   Litvanın müdafiə nazirinin səlahiyyətlərini icra edən Dovile Şakaliene İnqa Ruqinienenin rəhbərlik etdiyi yeni hökumətdə vəzifəsini davam etdirəcək.Bu barədə prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Deividas Matulionis bildirib.

Ölkəsinin müdafiəsinə  başçılıq edən D.Şakalen  1 iyun 1978-ci ildə Litvanın Kaunas şəhərində anadan olub.

2001-ci ildə o, Vilnüs Universitetinin Fəlsəfə fakültəsində psixologiya üzrə bakalavr dərəcəsi alıb.

Təhsilini davam etdirdikdən sonra Davile 2003-cü ildə Mykolas Romeris Universitetində hüquq psixologiyası üzrə magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirib.

Davilin karyerası 2004-cü ildə Mykolas Romeris Universitetində müəllim olduqdan başlayıb. Orada Şakaliene bir il ərzində antisosial davranış psixologiyası və kriminal psixologiya üzrə praktik seminarlar keçib.

Paralel olaraq, 2004-cü ildən 2015-ci ilə qədər o, İnsan Hüquqlarının Monitorinqi İnstitutunda işləyib və burada layihə menecerindən icraçı direktora qədər yüksəlib.

Bu rolda Davile LGBT hüquqlarını və aborta çıxışı məhdudlaşdıran qanunvericilik təşəbbüslərini tənqid etmək də daxil olmaqla insan hüquqlarının müdafiəsi üzərində işləyirdi.

2011-2015-ci illərdə Davile jurnalistikada fərqlənərək, Žinių radijas radiostansiyasında "Žmogus žmogui" ("İnsandan insana") müəllif proqramının yaradıcısı, aparıcısı və prodüseri olub.

2012-2016-cı illərdə Strasburqda Avropa Şurasında akkreditə olunmuş jurnalist vəzifəsində çalışıb.

2016-cı ildə o, rəyçi kimi Delfi onlayn nəşri ilə əməkdaşlıq edib, həmçinin Big Idea Group Lietuva-da dövlət siyasəti ilə bağlı məsləhətlər verib.

Davilenin siyasi karyerası 2016-cı ildə Litva Fermerlər və Yaşıllar İttifaqının siyahısı ilə Litva Seyminə seçildiyi zaman başlayıb.

Lakin 2017-ci ildə o, uşaqların müdafiəsi ilə bağlı fikir ayrılıqlarına görə partiyanı tərk edib. O,əvvəlcə Liberal Hərəkat qrupuna qoşuldu və həmin ilin dekabrında Litva Sosial Demokrat Partiyasının üzvü oldu.

Seymdə Xarici Əlaqələr, Avropa İşləri, Təhsil və Elm, Milli Təhlükəsizlik və Müdafiə komitələrində çalışıb, İntiharın Qarşısının Alınması və Sağlam Həyat Tərzi Komitələrinin sədr müavini vəzifələrində çalışıb.

Əhəmiyyətli nailiyyət 2017-ci ildə onun təşəbbüsü ilə uşaqlara qarşı zorakılığın bütün formalarını, o cümlədən fiziki cəzaları qadağan edən və Litvada uşaqların müdafiəsi sistemində islahatların aparılması ilə bağlı “Uşaqların hüquqlarının müdafiəsi haqqında” Qanunun qəbul edilməsi oldu.

2020 və 2024-cü illərdə Sosial Demokrat Partiyasından yenidən Seymə seçildi.

12 dekabr 2024-cü ildən Davile Gintautas Paluckas hökumətində Litvanın Milli Müdafiə Naziri vəzifəsində çalışaraq, diqqətini silahlı qüvvələrin modernləşdirilməsinə, NATO ilə əməkdaşlığın gücləndirilməsinə və hibrid təhlükələrə qarşı mübarizəyə yönəldib.

Davile Şakaliene  Valdas Sakalis ilə evlidir. Cütlüyün bir oğlu var.

Miri Məcidli