Qaynar xətt:

(+99450) 247 90 86

Putini o, canlandıracaq - İlk rəsmi kadr yayıldı - FOTO

Putini o, canlandıracaq - İlk rəsmi kadr yayıldı - FOTO

DÜNYA

692

28.08.2025, 23:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Fransız rejissor Olivye Assaysın çəkdiyi "Kreml sehrbazı" filmindən ilk görüntülər təqdim olunub. 

Oxu24.com  xəbər verir ki, layihədə Rusiya prezidenti Vladimir Putini məşhur aktyor Jude Law canlandırır.

Filmdə əsas qəhrəman siyasi strateq Vadim Baranovu aktyor Paul Dano oynayır. Onun prototipi prezident administrasiyasının sabiq rəhbərinin müavini Vladislav Surkov hesab olunur. Süjet 1990-cı illərdə Baranovun gələcək Rusiya liderinin müşaviri olması üzərində qurulub.

Ekran işində həmçinin Oskar mükafatı laureatı Alicia Vikander də yer alıb. 

Film 31 avqustda Venesiya Film Festivalında təqdim olunacaq. 

Məqaləyə dair fotomateriallar: