Sükansız və pedalsız avtomobillər satışa çıxarıldı
16 Noyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
658
26.08.2025, 10:42
İranın ən azı iki antisemit hücumunda rolunun təsdiqlənməsindən sonra ölkə səfiri ölkədən qovulub, Avstraliyanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb və İnqilab Keşikçiləri Korpusunuun (SEPAH) terrorçu qruplaşmalar siyahısına salınması planlaşdırılır.
Oxu24.com xəbər verir ki, bunu Avstraliyanın Baş naziri Entoni Albanese deyib.
O, daxili işlər naziri və təhlükəszlik naziri ilə birgə ölkə parlamentində mətbuat konfransında çıxış edərək bildirib ki, İran hökuməti Avstraliyadakı yəhudi icmasına qarşı ən azı iki hücum təşkil edib.
Albanese Melburndakı Adas İsrail sinaqoquna və Sidneydəki "Louis Continental" restoranına qarşı törədilən terror hücumlarını fövqəladə və təhlükəli vəhşiliklər adlandırıb və İranın yeni hücumları barədə xəbərdarlıq edib:
“İslam Respublikası Avstraliya torpaqlarında növbəti hücumlar həyata keçirə bilər”.
Baş nazir bildirib ki, Avstraliya hökuməti İran İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatı kimi tanımaq üçün qanun qəbul edəcək.
O, İranın terror hərəkətlərini Avstraliya cəmiyyətində ictimai birliyi pozmaq və parçalanma yaratmaq cəhdi adlandırıb və hökumətin vandalizmə cavab olaraq təcili və qəti addımlar atacağını deyib.
Baş nazir həmçinin ölkənin Tehrandakı səfirliyinin bağlandığını və Tehranda yerləşən bütün avstraliyalı diplomatların hazırda İranı tərk etdiyini və üçüncü ölkədə təhlükəsizlikdə olduğunu açıqlayıb.(Axar.az)
00:49 / 17 Noyabr 2026
153
00:34 / 17 Noyabr 2026
327
00:17 / 17 Noyabr 2026
149
23:58 / 16 Noyabr 2026
156
23:50 / 16 Noyabr 2026
185
23:37 / 16 Noyabr 2026
176
23:33 / 16 Noyabr 2026
146
23:25 / 16 Noyabr 2026
142
23:07 / 16 Noyabr 2026
141
22:57 / 16 Noyabr 2026
147
22:47 / 16 Noyabr 2026
166
22:30 / 16 Noyabr 2026
146
22:25 / 16 Noyabr 2026
203
22:21 / 16 Noyabr 2026
297
22:10 / 16 Noyabr 2026
181
21:59 / 16 Noyabr 2026
146
21:52 / 16 Noyabr 2026
182
21:46 / 16 Noyabr 2026
144
21:35 / 16 Noyabr 2026
167
21:30 / 16 Noyabr 2026
2669
21:24 / 16 Noyabr 2026
151
21:16 / 16 Noyabr 2026
170
21:01 / 16 Noyabr 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.