Qaynar xətt:

(+99450) 247 90 86

Hamburq hava  limanında güclü yanğın baş verib

Hamburq hava  limanında güclü yanğın baş verib

DÜNYA

514

25.08.2025, 22:06

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Almaniyanın ən böyük limanı Hamburq yaxınlığındakı anbarda güclü yanğın baş verib.

Oxu24.com   xəbər  verir   ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.

Şahidlər həmçinin çox güman ki, tərkibində azot oksidi olan qaz balonlarının çoxlu partladığını bildiriblər. Onların dağıntıları bir neçə yüz metr uçaraq nəqliyyatın hərəkətinə təhlükə yaradıb.

"Qırıntılar avtomobil yoluna qədər uçdu. Bu ərazidə də itkilər var", - Hamburq polisinin sözçüsü bildirib.

Hadisə nəticəsində A1 avtomobil yolu hər iki istiqamətdə bağlanıb.

Hamburq Mərkəzi Stansiyası ilə Harburq arasında qatar hərəkəti də müvəqqəti olaraq dayandırılıb. Deutsche Bahn-ın məlumatına görə, yanğın şəhərlərarası qatarların hərəkətinə təsir göstərməyib.

Nigar