Sükansız və pedalsız avtomobillər satışa çıxarıldı
16 Noyabr 2026, 23:58
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
595
25.08.2025, 12:01
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Ermənistan parlamentinin müxalifətdəki “Ermənistan” fraksiyasından olan deputatı Qarnik Danielyanın Rusiyaya gedən erməni meyvələri olan yüzlərlə yük maşınının Gürcüstanla sərhəddə guya geri qaytarıldığı barədə məlumatını təkzib edib.
Oxu24.com xəbər verir ki,bu barədə Popyan özünün Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, avqust ayında Ermənistan meyvə-tərəvəzləri daşıyan 762 yük maşını Rusiyaya daxil olub, Gürcüstandan isə cəmi 4-ü geri dönüb. Danielyana müraciət edən Popyan deyib ki, “yalan danışmaq yaxşı deyil”.
Avqustun 24-də deputat Qarnik Danielyan bildirib ki, Gürcüstan üzərindən Rusiyaya gedən kənd təsərrüfatı məhsulları daşıyan yüzlərlə erməni yük maşını getdiyi ölkəyə qayıdır. Onun sözlərinə görə, Gürcüstan-Rusiya sərhədində yerləşən “Verxniy Lars” keçid məntəqəsində gavalı, şaftalı və üzüm daşıyan yük maşınları geri qaytarılıb.
Siyasətçi qeyd edib ki, bu vəziyyətə görə fermerlər böyük itkilərə məruz qalırlar. Danielyan əlavə edib ki, digər mallar, məsələn, tikinti materialları olan yük maşınları da Rusiyaya girişdə hərtərəfli yoxlanıldığı üçün çətinliklərlə üzləşirlər.
Bundan əvvəl Rusiya Ermənistana qaz nəqlini dayandırmışdı.
Miri
00:49 / 17 Noyabr 2026
153
00:34 / 17 Noyabr 2026
327
00:17 / 17 Noyabr 2026
149
23:58 / 16 Noyabr 2026
156
23:50 / 16 Noyabr 2026
185
23:37 / 16 Noyabr 2026
176
23:33 / 16 Noyabr 2026
146
23:25 / 16 Noyabr 2026
142
23:07 / 16 Noyabr 2026
141
22:57 / 16 Noyabr 2026
147
22:47 / 16 Noyabr 2026
166
22:30 / 16 Noyabr 2026
146
22:25 / 16 Noyabr 2026
203
22:21 / 16 Noyabr 2026
297
22:10 / 16 Noyabr 2026
181
21:59 / 16 Noyabr 2026
146
21:52 / 16 Noyabr 2026
182
21:46 / 16 Noyabr 2026
144
21:35 / 16 Noyabr 2026
167
21:30 / 16 Noyabr 2026
2669
21:24 / 16 Noyabr 2026
151
21:16 / 16 Noyabr 2026
170
21:01 / 16 Noyabr 2026
188
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.