Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu
17 Oktyabr 2026, 16:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1479
24.08.2025, 08:23
Dünən gecədən etibarən Ukrayna qüvvələri Rusiya ərazisinə kütləvi şəkildə hücuma başlayıb.Rusiyanın müxtəlif şəhərlərinə PUA-larla hücumlar edilib.Dağıstanda pilotsuz təyyarələrin hücumu barədə xəbərdarlıq edilib.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Respublika üzrə Baş İdarəsinin Teleqram kanalında məlumat verilib.
"Diqqət! Dağıstan Respublikası ərazisinə pilotsuz təyyarələrin hücumu təhlükəsi. Mümkünsə evdə qalın! Möhkəm divarları olan pəncərəsiz otaqlarda örtünün! Pəncərələrə yaxınlaşmayın! Çöldə və ya avtomobildəsinizsə, ən yaxın sığınacağa gedin", - deyə məlumatda bildirilir.
İdarədən əlavə ediblər ki, mobil internetin işində fasilələr yarana bilər. Dron xəbərdarlığı zamanı yerli sakinlərə evlərini tərk etməmək tövsiyə olunur.
Leninqrad vilayətində də dron hücumu xəbərdarlığı elan edilib. Bu barədə regionun rəhbəri Aleksandr Drozdenko məlumat verib.
"Leninqrad vilayətinin hava məkanında PUA xəbərdarlığı. Hava hücumundan müdafiə sistemi fəaliyyətdədir", - o yazıb.
Dronlar Sızranda sənaye müəssisəsinə hücum edib. Bu barədə məlumat Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişşevin Telegram-kanalında yer alıb.
Onun sözlərinə görə, ilkin məlumata görə, itki yoxdur. Hücum zamanı şəhərin xəbərdarlıq sistemi işə salınıb: səsgücləndiricilər vasitəsilə sirenlər səslənib və səsli xəbərdarlıqlar yayımlanıb.
Rayonda “Xalça” rejimi tətbiq edilib, hava məkanı müvəqqəti bağlanıb.
Ukraynaya məxsus pilotsuz uçan aparat Kursk AES-in yaxınlığında hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub və o, düşən zaman döyüş başlığı partlayıb və öz transformatorunu zədələyib.
Bu barədə stansiyanın mətbuat xidməti məlumat yayıb.
Hadisə avqustun 24-də Moskva vaxtı ilə saat 00:26-da baş verib. Partlayış yerli yanğına səbəb olub, yanğın tez bir zamanda söndürülüb. İtki yoxdur, radiasiya fonu normaldır.
Hücumlara görə Kazan, Ulyanovsk, Kirov, Samara, İjevsk, Nijni Novqorod və Şeremetyevo hava limanlarında da uçuşlara məhdudiyyətlər tətbiq edilib.
Oxu24.com saytının əldə etdiyi məlumata görə,Rusiya boyunca internet müəyyən saatlarda kəsilib.Həmçinin müəyyən məhdudiyyətlər tətbiq olunub.
Nigar
15:50 / 17 Oktyabr 2026
12
15:41 / 17 Oktyabr 2026
45
15:32 / 17 Oktyabr 2026
472
15:19 / 17 Oktyabr 2026
627
15:17 / 17 Oktyabr 2026
67
15:14 / 17 Oktyabr 2026
92
14:35 / 17 Oktyabr 2026
88
14:30 / 17 Oktyabr 2026
72
14:23 / 17 Oktyabr 2026
559
14:15 / 17 Oktyabr 2026
80
13:55 / 17 Oktyabr 2026
84
13:47 / 17 Oktyabr 2026
255
13:45 / 17 Oktyabr 2026
88
13:40 / 17 Oktyabr 2026
151
13:31 / 17 Oktyabr 2026
100
13:30 / 17 Oktyabr 2026
88
13:25 / 17 Oktyabr 2026
112
13:16 / 17 Oktyabr 2026
170
13:15 / 17 Oktyabr 2026
116
12:55 / 17 Oktyabr 2026
191
12:39 / 17 Oktyabr 2026
736
12:28 / 17 Oktyabr 2026
411
12:22 / 17 Oktyabr 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.