Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu
17 Oktyabr 2026, 16:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
585
23.08.2025, 22:25
Rusiya prezidenti Vladimir Putin cümə günü Rusiya nüvə sənayesinin mərkəzi və ilk sovet atom bombasının "vətəni" olan Sarova səfər edib. Burada onun rəsmi proqramına daxil olmayan qapalı iclas keçirildiyi bildirilib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya dövlət başçısını müşayiət edən “Kommersant”ın jurnalisti Andrey Kolesnikov məlumat verib.
Kolesnikov qeyd edib ki, görüşdə Putinin 2018-ci ildə elan etdiyi “Burevestnik” nüvə raketinin sınaqları müzakirə olunub. Əsas mövzu raketin 2025-ci ildə istifadəyə verilməsi ehtimalı olub.
Gizli iclasın maraqlı tərəfi isə onun “Novaya Zemlya” adasında raketin sınaqlarından bir neçə gün sonra keçirilməsidir. CNA analitik şirkətinin nüvə silahı üzrə ekspertləri Decker Eveleth və Nüvə İnformasiya Layihəsinin direktoru Hans Kristiansen daha əvvəl peyk görüntülərinə əsaslanaraq raketin buraxılışı ilə bağlı xəbərdarlıq etmişdilər. Həmçinin, qarşıdan gələn buraxılış haqqında məlumat Qərb ölkələrindən birinin kəşfiyyat mənbəsi tərəfindən "Reuters" agentliyinə təsdiqlənib.
Sınaqlar 9–22 avqust tarixləri arasında nəzərdə tutulmuşdu. Bu müddət ərzində Rusiya pilotlara “Novaya Zemlya” ərazisində hava məkanından uzaq durmaq barədə bir neçə xəbərdarlıq (NOTAM) yayıb. Testin Pankovo poliqonunda necə başa çatdığı isə hələ məlum deyil.
Kaliforniyadakı Middlebury Beynəlxalq Araşdırmalar İnstitutundan Cefri Lyuis peyk məlumatlarına istinad edərək bildirib ki, “Burevestnik”in buraxılışı ilə bağlı dəqiq nəticə məlum deyil.
Qərb kəşfiyyatına görə, “Burevestnik” raketi indiyədək ən azı 13 dəfə buraxılıb. Yalnız iki sınaq qismən uğurlu olub, birində isə faciə baş verib. 2019-cu ildə raket Barents dənizinə düşüb, çıxarılması zamanı baş verən partlayış nəticəsində Sarovdakı nüvə mərkəzinin əməkdaşları da daxil olmaqla 7 nəfər həlak olub. Partlayışın yaratdığı radiasiya buludu isə Severodvinski əhatə edib və Skandinaviyaya qədər çatıb.
Rusiya əvvəlki sınağı 2023-cü ilin oktyabrında həyata keçirib, Putin isə sınağın “uğurlu” olduğunu və layihə üzərində işlərin “demək olar ki, tamamlandığını” açıqlayıb.
Xatırladaq ki, 2020-ci ilin yayında ABŞ-ın silahlara nəzarət üzrə xüsusi nümayəndəsi Marşall Billinqsli Moskvanı raketin təhlükəli sınaqlarını dayandırmağa çağırıb. Senatda çıxış edən Billinqs bunu “uçan Çernobıl” adlandırıb. Belə ki, sınaqda nüvə başlığı ilə yanaşı, nüvə yanacağının da istifadə olunması uçuş zamanı radiasiya izi buraxa bilər və mümkün qəza ərazinin ciddi çirklənməsinə səbəb ola bilər.
15:50 / 17 Oktyabr 2026
12
15:41 / 17 Oktyabr 2026
45
15:32 / 17 Oktyabr 2026
472
15:19 / 17 Oktyabr 2026
627
15:17 / 17 Oktyabr 2026
67
15:14 / 17 Oktyabr 2026
92
14:35 / 17 Oktyabr 2026
88
14:30 / 17 Oktyabr 2026
72
14:23 / 17 Oktyabr 2026
559
14:15 / 17 Oktyabr 2026
80
13:55 / 17 Oktyabr 2026
84
13:47 / 17 Oktyabr 2026
255
13:45 / 17 Oktyabr 2026
88
13:40 / 17 Oktyabr 2026
151
13:31 / 17 Oktyabr 2026
100
13:30 / 17 Oktyabr 2026
88
13:25 / 17 Oktyabr 2026
112
13:16 / 17 Oktyabr 2026
170
13:15 / 17 Oktyabr 2026
116
12:55 / 17 Oktyabr 2026
191
12:39 / 17 Oktyabr 2026
736
12:28 / 17 Oktyabr 2026
411
12:22 / 17 Oktyabr 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.