Tarixin ən böyük zəlzələ xəbərdarlığı verildi - Xaosa səbəb oldu
17 Oktyabr 2026, 16:10
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
559
22.08.2025, 13:36
20-dən çox xarici lider Çində ŞƏT sammitində iştirak edəcək.
Oxu24.com xəbər verir ki, avqustun 31-də Tyantszində Şanxay Əməkdaşlıq Təşkilatının sammitində 20-dən çox xarici dövlətin lideri iştirak edəcək.
Bu barədə mətbuat konfransında Çinin xarici işlər nazirinin köməkçisi Liu Bin məlumat verib.
"Çin Xalq Respublikasının sədri Si Cinpin 20-dən çox xarici ölkə lideri və 10 beynəlxalq təşkilatın rəhbəri ilə Hayhe çayının sahilində bir araya gələcək", - diplomat bildirib.
Dəvət olunanlar arasında Rusiya prezidenti Vladimir Putin, Belarus lideri Aleksandr Lukaşenko, İran prezidenti Məsud Pezeşkian, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan lideri Kasım-Jomart Tokayev, Qırğızıstan prezidenti Sadır Japarov, Pakistanın baş naziri Şahbaz Şərif, Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və digər xarici ölkə liderləri var.
Liu Bin qeyd edib ki, tədbirin bütün iştirakçıları ŞƏT-in uğurlu fəaliyyətini müzakirə edəcək, təşkilatın inkişaf vektorunu müəyyənləşdirəcək və ölkələr arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində ümumi dil tapacaqlar.
Bundan əvvəl, iyulun 16-da Ermənistan ŞƏT-ə üzv olmaq üçün müraciət etmişdi. Paşinyan vurğulayıb ki, İrəvan təşkilatın tərəfdaşıdır, ona görə də belə bir qərar “təsadüfən” verilməyib.
Nigar
18:05 / 17 Oktyabr 2026
9
17:58 / 17 Oktyabr 2026
39
16:45 / 17 Oktyabr 2026
122
16:10 / 17 Oktyabr 2026
137
15:50 / 17 Oktyabr 2026
116
15:41 / 17 Oktyabr 2026
98
15:32 / 17 Oktyabr 2026
1172
15:19 / 17 Oktyabr 2026
1855
15:17 / 17 Oktyabr 2026
117
15:14 / 17 Oktyabr 2026
171
14:35 / 17 Oktyabr 2026
135
14:30 / 17 Oktyabr 2026
96
14:23 / 17 Oktyabr 2026
779
14:15 / 17 Oktyabr 2026
103
13:55 / 17 Oktyabr 2026
105
13:47 / 17 Oktyabr 2026
416
13:45 / 17 Oktyabr 2026
106
13:40 / 17 Oktyabr 2026
196
13:31 / 17 Oktyabr 2026
112
13:30 / 17 Oktyabr 2026
105
13:25 / 17 Oktyabr 2026
146
13:16 / 17 Oktyabr 2026
194
13:15 / 17 Oktyabr 2026
166
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.