Monqolustan Prezidenti istefa verib
17 Noyabr 2026, 09:11
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
637
21.08.2025, 15:55
Finlandiya Rusiya ilə sərhəddə hasar çəkir və o, Rusiya ərazisinə mümkün qədər yaxın yerləşəcək.
Oxu24.com xəbər verir ki, bu barədə “İltalehti” qəzeti Şimali Kareliya sərhəd dəstəsinin komandirinin müavini Mikko Kallinenə istinadən məlumat yayıb.
"Hasar texniki cəhətdən mümkün olduğu qədər şərq sərhədinə Rusiya ilə yaxın məsafədə tikiləcək", - məlumatda deyilir.
Bildirilir ki, hasar mümkün qədər sərhəddə yerləşən 10 metrlik boşluğa yaxın tikiləcək, o cümlədən yol, hasarın özü və sensorlu videomüşahidə sistemi olacaq.
Bundan bir qədər əvvəl Finlandiya hakimiyyəti hasarın hündürlüyünü 4,5 metrə çatdırmaq qərarına gəlib. Hasarın əsas hissəsinin tikintisinin 2025-ci ildə, bütün hasarın isə gələn il tikiləcəyi gözlənilir. Bununla belə, hasar Rusiya ilə sərhədin bütün 1300 kilometrini əhatə etməyəcək.
2023-cü ilin noyabrında üçüncü ölkələrdən qaçqın axını ilə əlaqədar Finlandiya hakimiyyəti sərhədi keçməyə məhdudiyyətlər tətbiq etdi. Finlandiya Rusiyanı qəsdən sərhədə adam göndərməkdə ittiham edib.
Aprel ayında Avropa İnsan Haqları Məhkəməsi Finlandiyadan Rusiya ilə sərhədin bağlanması ilə bağlı aydınlıq istəyib. Ölkədə yaşayan 9 Rusiya vətəndaşı bu qərarın onların hüquqlarını pozduğunu iddia edərək şikayət edib. Səbəblər arasında Rusiyada işinin itirilməsi və Rusiya pensiyasını ala bilməməsi ilə bağlı çətinliklər var. Bəziləri də hesab edir ki, sərhədin bağlanması onların dini etiqad azadlığı hüququnu pozur.
Nigar
09:33 / 17 Noyabr 2026
200
09:31 / 17 Noyabr 2026
13
09:28 / 17 Noyabr 2026
29
09:25 / 17 Noyabr 2026
37
09:11 / 17 Noyabr 2026
56
09:04 / 17 Noyabr 2026
62
08:26 / 17 Noyabr 2026
28
00:49 / 17 Noyabr 2026
162
00:34 / 17 Noyabr 2026
349
00:17 / 17 Noyabr 2026
154
23:58 / 16 Noyabr 2026
159
23:37 / 16 Noyabr 2026
180
23:33 / 16 Noyabr 2026
153
23:25 / 16 Noyabr 2026
148
23:07 / 16 Noyabr 2026
144
22:57 / 16 Noyabr 2026
153
22:47 / 16 Noyabr 2026
170
22:30 / 16 Noyabr 2026
151
22:25 / 16 Noyabr 2026
211
22:21 / 16 Noyabr 2026
317
22:10 / 16 Noyabr 2026
186
21:59 / 16 Noyabr 2026
152
21:52 / 16 Noyabr 2026
192
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.