Almaniya kansleri ölkədə ciddi siyasi parçalanma olduğunu etiraf edib
17 Oktyabr 2026, 21:18
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
563
20.08.2025, 15:09
Rusiyanın Hindistandakı müvəqqəti işlər vəkili Roman Babuşkin bildirib ki, Yeni Dehlinin alternativ tədarükçüləri olmadığı üçün Rusiya Hindistana neftinə təxminən 5% endirim edib.
Oxu24.com xəbər verir ki, "Hindistan üçün Rusiya neftinə endirim təqribən 5% təşkil edir. Hindistan anlayır ki, tədarük mənbəyini dəyişdirmək üçün heç bir yol yoxdur", - diplomatın sözlərini sitat gətirir "The Times Of India".
Babuşkin qeyd edib ki, Rusiya Hindistana neft tədarükünü saxlamaq üçün “çox xüsusi mexanizm”dən istifadə edir və ABŞ-ın sanksiyalarına və tariflərinin artırılmasına baxmayaraq, Rusiya neftinin idxalı əvvəlki səviyyədə qalacaq.
O, həmçinin bildirib ki, hazırda Hindistan və Rusiya arasında ticarət hesablaşmalarının 90%-i rupi-rubl valyuta cütlüyündə aparılır. Bütün ödəniş məsələləri həll olundu və Rusiya şirkətləri rupi qəbul etməyə başladılar.
2024-cü ilin mayında Rusiya şirkətlərinin Hindistan banklarındakı hesablarında toplanmış milyardlarla rupinin tədarük olunan neft üçün istifadəsi ilə bağlı Moskva və Yeni Dehli arasında aylarla davam edən danışıqlar başa çatıb.
Bu vəsaitləri başqa valyutalara çevirmək və ya Hindistan mallarını almaq üçün istifadə etmək cəhdləri uğursuz alınıb. Nəticədə pulu Hindistan iqtisadiyyatına, o cümlədən Vande Bharat qatarının tikintisi layihələrinə yatırmaq qərarı verildi. Rupi hesabları olan Rusiya banklarına qiymətli kağızlara və iri investisiya layihələrinə investisiya qoymağa icazə verilir. 2022-ci ildə "dondurulmuş" vəsaitlərin həcmi 39 milyard dollar həcmində qiymətləndirilir ki, bu da Rusiyanın illik ixrac gəlirlərinin təxminən 10%-ni təşkil edir.
Nigar
21:57 / 17 Oktyabr 2026
1
21:40 / 17 Oktyabr 2026
42
21:18 / 17 Oktyabr 2026
49
20:39 / 17 Oktyabr 2026
64
20:39 / 17 Oktyabr 2026
95
20:16 / 17 Oktyabr 2026
83
20:03 / 17 Oktyabr 2026
90
20:03 / 17 Oktyabr 2026
650
19:50 / 17 Oktyabr 2026
84
19:38 / 17 Oktyabr 2026
207
19:38 / 17 Oktyabr 2026
98
19:32 / 17 Oktyabr 2026
403
19:26 / 17 Oktyabr 2026
102
19:25 / 17 Oktyabr 2026
75
19:15 / 17 Oktyabr 2026
141
19:06 / 17 Oktyabr 2026
204
18:56 / 17 Oktyabr 2026
1717
18:51 / 17 Oktyabr 2026
93
18:49 / 17 Oktyabr 2026
183
18:46 / 17 Oktyabr 2026
134
18:45 / 17 Oktyabr 2026
134
18:36 / 17 Oktyabr 2026
98
18:36 / 17 Oktyabr 2026
767
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.