Monqolustan Prezidenti istefa verib
17 Noyabr 2026, 09:11
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
597
20.08.2025, 12:21
ABŞ-ın maliyyə naziri Skott Bessent Fox News telekanalına müsahibəsində deyib ki, Ukraynaya yardım üçün yatırılan Amerika vəsaitləri Rusiya-Ukrayna münaqişəsi başa çatdıqdan sonra geri qaytarılacaq.
Oxu24.com xəbər verir ki, "Biz iqtisadi tərəfdaşlıq yaratmışıq ki, münaqişə başa çatdıqdan sonra Amerika vergi ödəyicilərinə əhəmiyyətli faydalar gətirə bilər. İnvestisiyamızı geri ala biləcəyik. Əgər Ukrayna uğur qazanarsa, biz qalib gələcəyik. Amma bu tərəfdaşlığın tam gücü ilə işləməsi üçün münaqişəyə son qoyulmalıdır", - Bessent deyib.
Xəzinədarlıq rəhbəri xatırladıb ki, prezident Donald Tramp əvvəllər Kiyevə maliyyə dəstəyinin dayandırıldığını bəyan edib və xüsusilə Ukraynaya sərmayə qoymaqda ehtiyatlı davranır.
Belə sərmayələrə misal olaraq Bessent silahların Avropa ölkələrinə satılmasını, sonra isə onları yenidən Ukraynaya satmasını göstərib. Eyni zamanda, Birləşmiş Ştatlar bu sövdələşməyə görə 10 faizlik əlavə ödəniş tələb edir ki, bu da hava örtüyü xərclərini ödəyə bilər.
Aprelin sonunda Vaşinqton və Kiyev Ukraynanın təbii sərvətlərinə dair saziş imzalayıblar. Ukrayna tərəfinin sözlərinə görə, saziş ölkədəki bütün resursların Kiyevin mülkiyyətində və nəzarətində qalmasına zəmanət verir. Birləşmiş Ştatlar investisiya fonduna, o cümlədən yeni yardımlar, məsələn, faydalı qazıntılar üzrə saziş çərçivəsində hava hücumundan müdafiə sistemlərinin tədarükü yolu ilə töhfə verə biləcək. Fond paritet əsaslarla yaradılır və hər iki tərəf bərabər səsvermə hüququna malik olacaq.
Miri
10:00 / 17 Noyabr 2026
43
09:58 / 17 Noyabr 2026
43
09:54 / 17 Noyabr 2026
199
09:45 / 17 Noyabr 2026
52
09:43 / 17 Noyabr 2026
70
09:36 / 17 Noyabr 2026
66
09:33 / 17 Noyabr 2026
317
09:31 / 17 Noyabr 2026
82
09:28 / 17 Noyabr 2026
99
09:25 / 17 Noyabr 2026
79
09:11 / 17 Noyabr 2026
84
09:04 / 17 Noyabr 2026
89
08:26 / 17 Noyabr 2026
73
00:49 / 17 Noyabr 2026
165
00:34 / 17 Noyabr 2026
354
00:17 / 17 Noyabr 2026
155
23:58 / 16 Noyabr 2026
164
23:37 / 16 Noyabr 2026
183
23:33 / 16 Noyabr 2026
156
23:25 / 16 Noyabr 2026
152
23:07 / 16 Noyabr 2026
144
22:57 / 16 Noyabr 2026
158
22:47 / 16 Noyabr 2026
184
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.