Qaynar xətt:

(+99450) 247 90 86

ABŞ Ermənistanın yeni səfirinə razılıq verib

ABŞ Ermənistanın yeni səfirinə razılıq verib

DÜNYA

605

20.08.2025, 11:51

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

ABŞ əmək və sosial məsələlər naziri Narek Mkrtçyanı Ermənistanın Vaşinqtondakı yeni səfiri təyin etməyə razılaşıb.

Oxu24.com  xəbər   verir   ki, bu barədə “Hraparak” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Lakin onun ABŞ-a getməsinin ləngiməsinin səbəbi hələ də aydın deyil.

2021-ci ildə təyin olunmuş hazırkı səfir Lilit Makuntsun səlahiyyət müddəti 2025-ci il avqustun 2-də başa çatıb.

Prezident onun mandatının uzadılması ilə bağlı fərman imzalamayıb, ona görə də Ermənistan qanunlarına əsasən, o, avqustun 3-dən ölkəni rəsmi şəkildə təmsil edə bilməz.

Eyni zamanda, Xraparak qeyd edir ki, Makunts Vyana Konvensiyasının müddəalarına və ABŞ-ın diplomatik praktikasına uyğun olaraq, yeni səfir gələnə qədər rəsmi olaraq öz vəzifələrini icra etməyə davam edə bilər.

Məlumdur ki, may ayında Ermənistan hakimiyyəti Vaşinqtondakı diplomatik missiyanın rəhbəri vəzifəsinə iki namizədi - keçmiş səhiyyə naziri, deputat Arsen Torosyan və əmək naziri Narek Mkrtçyanı nəzərdən keçirib.

Miri