Makron evtanaziyanın leqallaşdırılması haqqında qanunu imzalayıb
19 Avqust 2026, 16:49
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
532
16.05.2025, 22:31
Özbəkistanda Türk tarixi üçün mühüm əhəmiyyət kəsb edən bir kəşfə imza atılıb. Qərbi Göytürk dövrünə aid olduğu bildirilən və üzərində "Türk-Xaqan" ifadəsi yazılmış qədim metal sikkə tapılıb.
Oxu24.com xəbər verir ki, Türk pulunu tapan Özbəkistan Elmlər Akademiyası Milli Arxeologiya Mərkəzinin mütəxəssisi Prof. Dr. Qayıbulla Babayarov bu sikkənin hansı Türk xaqanına aid ola biləcəyi, yazının necə oxunduğu və bu tapıntının Türk tarixi baxımından əhəmiyyəti barədə ətraflı məlumat verib.
Çat (indiki Daşkənd) bölgəsində aşkarlanmış bu sikkə, Sogd yazısı ilə yazılmış sikkələr arasında yer alır və "Türk-Xaqan" ifadəsi ilə xüsusi maraq doğurur.
Prof. Dr. Qayıbulla Babayarov bildirib ki, Daşkənd bölgəsindəki qədim şəhər qalıqlarından tapılmış bürünc sikkələr arasında 20-dən çoxu Qərbi Göytürk Kağanlığına aiddir.
Bu sikkələrdən:
3-ü "żpγw" - yəni "Yabğu",
5-i "cpγw x'γ'n" - "Yabğu-Xaqan",
9-u isə "x'γ'n" - "Xaqan" ünvanları ilə hazırlanıb.
Qalan sikkələrin isə yazısız olduğu qeyd olunub.
Ən diqqətçəkən məqam isə budur ki, iki fərqli sikkə növü üzərində Sogd yazısı ilə "tw̐rk x'γ'n" - yəni "Türk-Xaqan" ifadəsi yer alır. Babayarov bu tapıntının xüsusilə önəmli olduğunu vurğulayıb və bunun Türk siyasi kimliyinin sikkə üzərində ilk dəfə açıq şəkildə görünməsi baxımından əlamətdar olduğunu deyib.
21:40 / 19 Avqust 2026
35
21:17 / 19 Avqust 2026
32
20:59 / 19 Avqust 2026
47
20:04 / 19 Avqust 2026
55
19:50 / 19 Avqust 2026
66
19:27 / 19 Avqust 2026
81
17:59 / 19 Avqust 2026
90
17:50 / 19 Avqust 2026
84
17:32 / 19 Avqust 2026
101
17:12 / 19 Avqust 2026
104
16:49 / 19 Avqust 2026
96
16:38 / 19 Avqust 2026
76
16:19 / 19 Avqust 2026
99
15:59 / 19 Avqust 2026
90
15:56 / 19 Avqust 2026
70
15:54 / 19 Avqust 2026
119
15:45 / 19 Avqust 2026
89
15:36 / 19 Avqust 2026
112
15:30 / 19 Avqust 2026
89
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
87
14:50 / 19 Avqust 2026
89
14:49 / 19 Avqust 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.