Ukrayna Rusiyaya zərbə endirdi
18 Noyabr 2026, 17:25
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
390
16.05.2025, 20:55
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəis müavini və Türkiyədə Rusiya Federasiyası ilə danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyətinin üzvü Vadim Skibitski tərəflərin “1000-ə 1000” formatında qarşıdan gələn mübadilə üçün hərbi əsirlərin siyahılarının tərtibinə başlamaq planları barədə məlumat verib.
Onun sözlərinə görə, siyahılar üzərində iş cümə günü başlayacaq.
Elə həmin gün Rusiya prezidentinin köməkçisi və İstanbulda danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bəyan edib ki, Ukrayna tərəfi ilə “1000-ə 1000” düsturuna əsasən genişmiqyaslı məhbus mübadiləsinin aparılması barədə razılıq əldə olunub.
"Rusiya tərəfi min nəfərin dəyişdirilməsinə razılıq verib. Yaxın vaxtlarda, bu gündən etibarən biz vətənlərinə qayıdacaq şəxslərin siyahılarını işləyəcəyik", - Skibitski bildirib.
Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa məhbus mübadiləsini “vacib an” adlandırıb. Vurğulayıb ki, yaxın gələcəkdə min nəfərin öz ailəsinə qayıtması bu, artıq böyük nəticədir.
Bundan əvvəl İstanbuldakı danışıqlarda Ukrayna nümayəndə heyətinin rəhbəri əsirlərin mübadiləsinə dair razılaşmanı dəyərləndirib.
Nigar
19:26 / 18 Noyabr 2026
9
19:19 / 18 Noyabr 2026
36
19:15 / 18 Noyabr 2026
50
19:08 / 18 Noyabr 2026
70
18:50 / 18 Noyabr 2026
66
18:45 / 18 Noyabr 2026
85
18:37 / 18 Noyabr 2026
88
18:33 / 18 Noyabr 2026
65
18:22 / 18 Noyabr 2026
84
18:17 / 18 Noyabr 2026
94
18:11 / 18 Noyabr 2026
105
18:05 / 18 Noyabr 2026
95
18:00 / 18 Noyabr 2026
93
17:51 / 18 Noyabr 2026
86
17:49 / 18 Noyabr 2026
91
17:45 / 18 Noyabr 2026
98
17:25 / 18 Noyabr 2026
112
17:20 / 18 Noyabr 2026
116
17:20 / 18 Noyabr 2026
127
17:11 / 18 Noyabr 2026
356
17:05 / 18 Noyabr 2026
112
16:52 / 18 Noyabr 2026
303
16:45 / 18 Noyabr 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.