Qaynar xətt:

(+99450) 247 90 86

"Tramp" ləqəbli it insanları xilas etdi 

news/2025_04_29/2in1_2021new_pic_32ratio_900x600_900x600_71155_1745935406.jpg

DÜNYA

392

29.04.2025, 18:01

Rusiyada Tramp adlı it evdə baş verən yanğın zamanı dərin yuxuda olan sahiblərini xilas edib.

Oxu24.com  xəbər verir  ki, bu barədə regional Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə Votkinsk rayonunun Katışi kəndində baş verib.

Fərdi evlərdən birində qısaqapanmadan sonra verandada yanğın başlayıb - bu zaman yaşlı ev sahibləri yatıb.

Cütlüyün Tramp adlı spaniel iti yüksək səslə hürərək təqaüdçüləri oyadıb. Cütlük evdən çıxana qədər it dayanmayıb.

Yanğın nəticəsində ev və yardımçı tikililər tamamilə yanıb, alov 112 kvadratmetr ərazini əhatə edə bilib. Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin 6 canlı qüvvəsi və 3 texnikası iştirak edib.

Nigar