Təyyarə şəhərin ortasına endi
14 Dekabr 2025, 08:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
443
18.04.2025, 18:25
ABŞ Moskvanın Ukrayna ilə müharibə zamanı işğal etdiyi ərazilərin Rusiyanın nəzarəti altında qalmasını təklif edib.
Bloomberg vəziyyətlə tanış olan avropalı rəsmilərə istinadən yazır ki, bu barədə ABŞ-ın Fransada danışıqlar zamanı irəli sürdüyü Rusiya-Ukrayna müharibəsinə son qoyulması təkliflərində deyilir.
ABŞ həmçinin Rusiyaya qarşı sanksiyaların yumşaldılmasını və Ukraynanın NATO-ya üzv olmaq istəyinin gündəmdən çıxarılmasını təklif edib.
Agentlik qeyd edir ki, səslənən təkliflər “müharibənin effektiv şəkildə dondurulmasına” imkan verəcək. Bloomberg mənbələri danışıqların məxfiliyini əsas gətirərək müzakirələrin əlavə təfərrüatlarını verməkdən imtina ediblər.
Həmçinin oxuyun
Aprelin 17-də ABŞ Parisdə Ukrayna və Avropa ölkələrinin nümayəndələri ilə bir neçə görüş keçirib. Amerika nümayəndə heyətinin tərkibinə dövlət katibi Marko Rubio, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və Prezidentin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq daxildir.
Danışıqlarda Ukraynanı Prezident Aparatının rəhbəri Andriy Yermak, xarici işlər naziri Andriy Sybiha və müdafiə naziri Rustem Umerov təmsil ediblər. Nümayəndə heyətlərinin görüşü Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə baş tutub.
Nigar
19:36 / 14 Dekabr 2025
1
19:27 / 14 Dekabr 2025
28
19:22 / 14 Dekabr 2025
18
18:57 / 14 Dekabr 2025
1089
17:55 / 14 Dekabr 2025
580
16:45 / 14 Dekabr 2025
1034
15:41 / 14 Dekabr 2025
815
15:09 / 14 Dekabr 2025
76
14:56 / 14 Dekabr 2025
163
14:08 / 14 Dekabr 2025
2042
13:58 / 14 Dekabr 2025
102
13:27 / 14 Dekabr 2025
118
13:18 / 14 Dekabr 2025
97
13:09 / 14 Dekabr 2025
131
12:54 / 14 Dekabr 2025
510
12:18 / 14 Dekabr 2025
1053
12:06 / 14 Dekabr 2025
2243
11:38 / 14 Dekabr 2025
106
11:30 / 14 Dekabr 2025
762
11:22 / 14 Dekabr 2025
83
10:43 / 14 Dekabr 2025
1104
10:33 / 14 Dekabr 2025
131
10:20 / 14 Dekabr 2025
114
09:40 / 14 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.