ABŞ-dən 75 ölkə ilə bağlı QƏRAR: Viza qadağası ləğv edildi
22 Avqust 2026, 19:48
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
572
08.04.2025, 11:09
Amerikalı milyarder, Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ Prezidenti Donald Trampdan qarşılıqlı əsasda tətbiq etdiyi əlavə idxal rüsumlarına yenidən baxmağı xahiş edib.
Oxu24.com xəbər verir ki bu barədə məlumatı “Washington Post” öz mənbələrinə istinadən yayıb.
Nəşrin yazdığına görə, biznesmenin ABŞ administrasiyasının prioritet fəaliyyət sahələrindən biri ilə razılaşmaması prezidentlə onun əsas müşavirlərindən biri arasında ən səs-küylü fikir ayrılığına çevrilib.
Milyarder miqrant vizası və DOGE-nin hökumət xərclərinə yanaşması kimi məsələlərdə Vaşinqton administrasiyasının digər yüksəksəviyyəli rəsmiləri ilə razılaşmır.
Qəzet şənbə günü iş adamının Amerika liderinin ticarət və istehsal üzrə baş müşaviri, tariflərin tətbiqi planının hazırlanmasında əsas rol oynayan Piter Navarronu tənqid etdiyini xatırladıb. Belə ki, Mask “X” hesabında Navarroya eyham vuraraq yazıb: “Harvarddan iqtisadiyyat üzrə doktorluq dərəcəsi pisdir, yaxşı deyil”.
Bununla yanaşı, o bildirib ki, həm Avropa, həm də ABŞ ideal olaraq, sıfır rüsum siyasətinə keçməlidir. Mask insanların Avropa ilə ABŞ arasında sərbəst hərəkət etmələrini və istədikləri təqdirdə hər iki ölkədə işləmələrini istədiyini deyib: “Bu, əlbəttə ki, mənim prezidentə məsləhətim idi”.
20:14 / 22 Avqust 2026
7
19:59 / 22 Avqust 2026
28
19:48 / 22 Avqust 2026
34
19:33 / 22 Avqust 2026
50
18:55 / 22 Avqust 2026
123
18:26 / 22 Avqust 2026
60
18:21 / 22 Avqust 2026
72
13:55 / 22 Avqust 2026
100
13:36 / 22 Avqust 2026
544
13:34 / 22 Avqust 2026
112
13:31 / 22 Avqust 2026
115
12:55 / 22 Avqust 2026
119
12:55 / 22 Avqust 2026
101
12:35 / 22 Avqust 2026
91
12:34 / 22 Avqust 2026
130
12:15 / 22 Avqust 2026
93
11:59 / 22 Avqust 2026
107
11:40 / 22 Avqust 2026
120
11:25 / 22 Avqust 2026
110
11:04 / 22 Avqust 2026
116
10:54 / 22 Avqust 2026
113
10:30 / 22 Avqust 2026
109
10:10 / 22 Avqust 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.