Dünya üç liderin görüşündən nə gözləyir: yeni razılaşma, yoxsa yeni qarşıdurma?
19 Noyabr 2026, 09:41
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
414
07.04.2025, 18:10
Avropa İttifaqı Ukraynada atəşkəs danışıqlarının davam etdirilməsini istəyir.
Oxu24.com xəbər verir ki, bunu Aİ-nin diplomatiya üzrə rəhbəri Kaja Kallasın rəsmi nümayəndəsi Anitta Hipper Brüsseldə keçirdiyi brifinqdə deyib.
"Bu müzakirələrin nəticələri daha güclü Ukraynaya gətirib çıxarmalıdır. (...) Biz əmin olmalıyıq ki, atəşkəs əldə olunacaq, sülh ədalətli, davamlı və etibarlı olacaq", - Hipper qeyd edib.
O, bildirib ki, məhz bu səbəbdən bir sıra Aİ ölkələri Ukraynaya hərbi yardım göstərməkdə davam edir. Kallasın nümayəndəsi qeyd edib ki, bu məsələdə sadəlövh olmaq olmaz. Onun sözlərinə görə, Aİ üzvləri Ukraynanın təhlükəsizliyini təmin etmək üçün ona kömək etməyə davam etmək öhdəliyi götürüblər.
O cümlədən, hazırda ölkənin əlavə hava hücumundan müdafiə sistemləri ilə təchizatı məsələsi müzakirə olunur. Avropa İttifaqı həmçinin Ukrayna Silahlı Qüvvələrini daha 2 milyon artilleriya mərmisi ilə təchiz etməyi planlaşdırır.
Aprelin 7-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib ki, Vladimir Putin Ukraynada atəşkəs ideyasını dəstəkləyib, lakin bundan əvvəl hələ də “havada asılı qalan” bəzi suallara cavab almaq lazım idi.
Kreml sözçüsü qeyd edib ki, bu məsələlər Ukrayna tərəfinə, eləcə də bir sıra ekstremist və millətçi birləşmələrə nəzarətin mümkünsüzlüyü ilə bağlıdır. Rusiya da Kiyevin daha da hərbiləşdirilməsi məsələsinə aydınlıq gətirilməsini gözləyir.
Bundan əvvəl Rutte Ukraynada cəbhə xəttinin “səhv istiqamətdə irəliləməsindən” şikayətlənib.
Miri
11:05 / 19 Noyabr 2026
14
11:00 / 19 Noyabr 2026
24
11:00 / 19 Noyabr 2026
27
10:55 / 19 Noyabr 2026
28
10:47 / 19 Noyabr 2026
64
10:32 / 19 Noyabr 2026
252
10:21 / 19 Noyabr 2026
180
10:19 / 19 Noyabr 2026
222
10:11 / 19 Noyabr 2026
80
10:07 / 19 Noyabr 2026
87
09:58 / 19 Noyabr 2026
533
09:56 / 19 Noyabr 2026
98
09:48 / 19 Noyabr 2026
118
09:45 / 19 Noyabr 2026
94
09:41 / 19 Noyabr 2026
99
09:37 / 19 Noyabr 2026
103
09:30 / 19 Noyabr 2026
95
09:27 / 19 Noyabr 2026
106
09:14 / 19 Noyabr 2026
190
09:13 / 19 Noyabr 2026
103
09:12 / 19 Noyabr 2026
98
09:10 / 19 Noyabr 2026
266
00:22 / 19 Noyabr 2026
443
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.