Ukraynadan ŞOK ADDIM: Trampın bu təklifi rədd edildi
13 Dekabr 2025, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
334
04.04.2025, 17:59
Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bəyan edib ki, ABŞ Rusiyanın sülhə doğru getmək istəmədiyini anlayıb.
O, bunu jurnalistlərə açıqlamasında Səudiyyə Ərəbistanında iki raund danışıqların nəticələrini şərh edərkən deyib.
"Düşünürəm ki, Amerika tərəfi artıq hər şeyi başa düşür. Onların Ukraynaya heç bir sualı yoxdur - biz şəffaf və aydın mövqe nümayiş etdiririk. Ukrayna tam atəşkəs istəyir və bu, məntiqlidir", - Yermak qeyd edib.
O vurğulayıb ki, Rusiya atəşkəs ideyasını dəstəkləmir və buna görə də ABŞ və digər tərəfdaşların təzyiqləri artmalıdır.
Dənizdə və enerji sektorunda atəşkəs rejiminə əməl olunmasının monitorinqi ilə bağlı sualı cavablandıran Yermak etiraf edib: "Hələlik dəqiq monitorinq mexanizmi yoxdur. Biz inanırıq ki, ABŞ bunu edə bilər və etməlidir. Qanun pozuntuları hər gün qeydə alınır və biz amerikalılara və digər müttəfiqlərə məlumat ötürür, onlardan konkret hərəkətlər gözləyirik".
Həmçinin oxuyun
O, həmçinin bildirdi ki, hazırda sükut rejiminə riayət olunmasına nəzarət mexanizmi hazırlanır, çünki bunsuz onun effektivliyi barədə danışmaq çətindir.
Danışıqların yeni mərhələləri ilə bağlı suala Yermak cavab verib ki, hələlik konkret tarix yoxdur, lakin ABŞ-la müzakirələr yaxın vaxtlarda davam etdiriləcək.
Bundan əvvəl Rusiyanın yeni hücuma hazırlaşdığı bildirilirdi.
Nigar
00:04 / 14 Dekabr 2025
5
23:47 / 13 Dekabr 2025
185
23:44 / 13 Dekabr 2025
21
23:30 / 13 Dekabr 2025
28
22:45 / 13 Dekabr 2025
162
22:30 / 13 Dekabr 2025
78
22:28 / 13 Dekabr 2025
88
22:22 / 13 Dekabr 2025
83
22:11 / 13 Dekabr 2025
173
21:58 / 13 Dekabr 2025
341
21:34 / 13 Dekabr 2025
908
21:21 / 13 Dekabr 2025
72
21:19 / 13 Dekabr 2025
95
21:15 / 13 Dekabr 2025
69
21:02 / 13 Dekabr 2025
64
20:49 / 13 Dekabr 2025
337
20:44 / 13 Dekabr 2025
82
20:36 / 13 Dekabr 2025
71
20:26 / 13 Dekabr 2025
70
20:01 / 13 Dekabr 2025
268
19:53 / 13 Dekabr 2025
88
19:21 / 13 Dekabr 2025
590
19:16 / 13 Dekabr 2025
116
18:32 / 13 Dekabr 2025
1035
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.