Ukraynadan ŞOK ADDIM: Trampın bu təklifi rədd edildi
13 Dekabr 2025, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
387
28.03.2025, 19:48
Rusiya-Ukrayna müharibəsinin bitmə vaxtı Vaşinqtondan yox, Moskva və Kiyevdən asılıdır.
Oxu24.com xəbər verir ki,ABŞ dövlət katibi Marko Rubio jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Rubio bildirib ki, Birləşmiş Ştatlar sülhə nail olmağa çalışır və “nə qədər ki,” müharibəyə son qoymaq niyyətindədir. O, Vaşinqtonun son bir ayda müharibə edən tərəflərlə danışıqlarda hansı irəliləyiş əldə etdiyi barədə suala belə cavab verib.
"Bu o demək deyil ki, mən sizə razılaşmanın bir həftə və ya bir ay ərzində əldə olunacağına zəmanət verə bilərəm. Mən sadəcə vaxt çərçivəsini təyin edə bilmərəm, çünki bu, bizdən asılı deyil. Bu, ruslardan və ukraynalılardan asılıdır. Bu, həm də Avropadakı tərəfdaşlarımızdan asılıdır, hansı ki, sanksiyaları nəzərə alınmalı, hesab edirəm ki, hər hansı yekun razılaşmanın tərkib hissəsi kimi".
Həmçinin oxuyun
Rubio Rusiyanın danışıqları uzatdığını etiraf etməkdən imtina edərək, əvvəldən Rusiya-Ukrayna müharibəsinin “mürəkkəb” olduğunu dediyini qeyd edib. "Mən heç vaxt bunun asan olacağını deməmişəm. Hər iki tərəfdən, xüsusən də uzun illərdir danışmadığımız Rusiya tərəfində görüləcək çox iş var", - ABŞ dövlət katibi deyib.
ABŞ-ın Rusiyanı danışıqlara “xoş niyyətlə” yanaşdığını görüb-görməməsi ilə bağlı suala Rubio qeyd edib ki, Moskva nümayəndələri “bizimlə görüşür, bizimlə danışır, təkliflər verirlər”. "Onlar atəşkəslə razılaşırlar, lakin biz təhlil etməliyik" deyə Dövlət Departamentinin rəhbəri bildirib.
Miri
01:21 / 14 Dekabr 2025
604
00:52 / 14 Dekabr 2025
480
00:43 / 14 Dekabr 2025
123
00:04 / 14 Dekabr 2025
285
23:47 / 13 Dekabr 2025
995
23:44 / 13 Dekabr 2025
72
23:30 / 13 Dekabr 2025
77
22:45 / 13 Dekabr 2025
439
22:30 / 13 Dekabr 2025
123
22:28 / 13 Dekabr 2025
150
22:22 / 13 Dekabr 2025
170
22:11 / 13 Dekabr 2025
286
21:58 / 13 Dekabr 2025
438
21:34 / 13 Dekabr 2025
1195
21:21 / 13 Dekabr 2025
101
21:19 / 13 Dekabr 2025
132
21:15 / 13 Dekabr 2025
97
21:02 / 13 Dekabr 2025
87
20:49 / 13 Dekabr 2025
426
20:44 / 13 Dekabr 2025
114
20:36 / 13 Dekabr 2025
99
20:26 / 13 Dekabr 2025
93
20:01 / 13 Dekabr 2025
312
19:53 / 13 Dekabr 2025
114
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.