Qaynar xətt:

(+99450) 247 90 86

Moldova  Aİ-dən 1,9 milyard avro alacaq

DÜNYA

201

18.03.2025, 13:52

Aİ Şurası Moldovaya 1,9 milyard avroluq yardım paketini təsdiqləyib.

Oxu24.com xəbər verir  ki,"1,9 milyard avroluq paket Moldova üçün Aİ-nin ən böyük maliyyə dəstəyi paketidir. Bu, iqtisadiyyatı stimullaşdıracaq və islahatları sürətləndirməklə ölkəni Aİ üzvlüyünə yaxınlaşdıracaq", - sənəddə deyilir.

Keçən may ayında büdcə və insan resursları üzrə Avropa komissarı Yohannes Han Moldovanın 2030-cu ilə qədər Aİ-yə üzv ola biləcəyini bildirmişdi. O qeyd edib ki, ölkənin Avropa İttifaqına qəbul olunmaq üçün hələ bir sıra işləri var. Bunu vaxtında etsə, "real danışıqlar" başlaya bilər. Xanın sözlərinə görə, “ev tapşırığı” ədliyyə sisteminə və qanunun aliliyi prinsiplərinə riayət edilməsinə aiddir.

Bundan əvvəl Moldova prezidenti Maia Sandu bəyan etmişdi ki, ölkə 2030-cu ildə Avropa İttifaqına üzv olmalıdır. O qeyd edib ki, ölkənin inkişafı üçün Avropaya inteqrasiya yolundan başqa heç bir yol yoxdur.

Bundan əvvəl Dövlət Duması Moldovanın Aİ-yə daxil olmaq üzrə referendumdan sonra Anşlusdan keçəcəyini proqnozlaşdırmışdı.

Miri