Qaynar xətt:

(+99450) 247 90 86

Polşa  müharibəyə hazır deyil

DÜNYA

167

17.03.2025, 16:20

Polşa ordusu hətta müdafiə müharibəsinə belə hazır deyil.

Oxu24.com xəbər verir  ki, bunu RMF FM radiostansiyasının efirində Polşa Seyminin (parlament) vitse-spikeri Kşiştof Boşak deyib.

Siyasətçi hesab edir ki, Polşa xalqının öz ölkəsinin guya tarixin ən yaxşı silahlanmış ölkəsi olması fikri ilə “gözünü bağlamaq” dərin vicdansızlıqdır.

Onun sözlərinə görə, Polşa siyasətçiləri “əzələlərini əymək” üçün həddən artıq çox vaxt və enerji sərf ediblər, halbuki ölkə müharibəyə, hətta müdafiə xarakterli olsa belə, hazır deyil.

Bosak qeyd edib ki, Polşa ordusunda "hər şey yoxdur": silahlar, döyüş sursatları, ehtiyatlar, texnika, peyklər, kəşfiyyat, elektron sistemlər, hava hücumundan müdafiə, döyüş meydanı və atəşə nəzarət sistemləri, təyyarələr, tanklar, döyüş maşınları, dəstək maşınları, sursat zavodları, elektron döyüş sistemləri.

Vitse-spiker onu da vurğulayıb ki, ərazisi kifayət qədər böyük olan, istifadəsiz əraziləri çox olan ölkədə təlim meydançaları, təlimatçılar və hərbi təlimlər yoxdur.

Bundan əvvəl Polşa bəyan etmişdi ki, Aİ liderləri reallığı inkar edir və əsl müharibə ilə oynayırlar.

Nigar