İranda on milyardlarla dollar dəyərində təbii qaz yatağı kəşf edildi
23 Avqust 2026, 23:40
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
441
14.03.2025, 14:10
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili yeni cəzasını 2012-ci ildə “ABŞ prezidenti Donald Trampla şam yeməyi” ilə izah edib.
Oxu24.com xəbər verir ki, bu barədə o, Facebook səhifəsində yazıb.
“Bidzina İvanişvilinin göstərişi ilə prokurorluq mənə qarşı “dövlət vəsaitlərinin mənimsənilməsi” maddəsi ilə iş açdı və bu iş mənim prezident olduğum müddətdə ofisimdəki rəsmi xərclərə əsaslanıb.
Bu vəsaitlər əsasən xarici səfərlər və Cozef Bayden və Hillari Klinton kimi xarici liderlərin və məşhur siyasətçilərin qəbulu üçün istifadə olunub. İşdəki sənədlər arasında şam yeməyi üçün qəbzlər və 2012-ci ildə Donald Trampın Tbilisi və Batumidə qəbulu ilə bağlı digər xərclər də var.
İttihamlar arasında Polşa prezidenti Lex Kaçinski və Çexiyanın keçmiş prezidenti Vatslav Havelin dəfn mərasiminə göndərilən güllərə görə ödənişlər də daxildir. Müalicə xərclərim, rəsmi kostyumlar və digər əyləncə xərclərim daxildir",-deyə keçmiş prezident yazıb.
Xatırladaq ki, martın 12-də Gürcüstan məhkəməsi Mixail Saakaşvilini vəsaitlərin mənimsənilməsi işi üzrə 9 il müddətinə azadlıqdan məhrum edib. Saakaşvili hazırda 6 il cəza çəkir. Ona qarşı daha iki iş üzrə də hökmlər çıxarılmışdı: Sandro Girqvlianinin qatillərinin əfv edilməsi və deputat Valeri Gelaşvilinin döyülməsi. Yeni həbs müddəti Mixail Saakaşvilinin həbs edildiyi andan - 2021-ci il oktyabrın 1-dən hesablanacaq. Belə ki, hökmə əsasən, o, 2030-cu il oktyabrın 1-də azadlığa çıxa biləcək. Eyni zamanda, onun barəsində 2007-ci il noyabrın 7-də baş vermiş hadisələr və sərhədi qanunsuz keçmə ilə bağlı məhkəmə prosesləri davam etdirilir.
Miri
01:40 / 24 Avqust 2026
41
00:26 / 24 Avqust 2026
50
23:40 / 23 Avqust 2026
78
22:46 / 23 Avqust 2026
65
21:04 / 23 Avqust 2026
89
20:22 / 23 Avqust 2026
68
19:55 / 23 Avqust 2026
107
19:12 / 23 Avqust 2026
119
19:02 / 23 Avqust 2026
117
18:44 / 23 Avqust 2026
118
17:40 / 23 Avqust 2026
82
17:31 / 23 Avqust 2026
125
17:09 / 23 Avqust 2026
91
16:36 / 23 Avqust 2026
123
16:15 / 23 Avqust 2026
142
15:59 / 23 Avqust 2026
109
15:19 / 23 Avqust 2026
124
15:04 / 23 Avqust 2026
112
14:39 / 23 Avqust 2026
89
14:20 / 23 Avqust 2026
95
14:18 / 23 Avqust 2026
88
14:09 / 23 Avqust 2026
85
14:01 / 23 Avqust 2026
132
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.