İran ABŞ-la nüvə sazişi üzrə danışıqlar barədə Rusiyanı məlumatlandırıb
18 Aprel 2025, 20:34
Qaynar xətt:
(+99450) 247 90 86Kameralı eynək almaq istəyənlərin DİQQƏTİNƏ
DÜNYA
320
09.03.2025, 09:48
Qanunsuz mini kameralı eynəklər ilk baxışdan adi bir aksesuar təsirini bağışlasa da, əslində şəxsi məxfiliyi pozmaq və gizli müşahidə aparmaq məqsədilə dizayn edilib.
Belə cihazların istifadəsi qanunla qadağan olunsa da, satışı həyata keçirilir.
Sosial şəbəkələrdə açıq şəkildə "çatdırılma" xidməti ilə təklif olunan bu eynəkləri almaq istəyən şəxsin qeyd olunan nömrəyə zəng etməsi kifayətdir. Zəng etdiyiniz zaman isə avtomatik olaraq "nömrə təyin olunmayıb" ifadəsini eşidirsiniz. Hər nə qədər "nömrə təyin olunmasa" da, mesaj yazdığımız zaman dərhal cavablandırılır. Bu üsul həm satıcının anonimliyini, həm də əməliyyatın gizliliyini qorumaq üçün nəzərdə tutulub.
Mütəxəssislərin sözlərinə görə, bu məhsulların istifadə qaydalarına düzgün riayət edilmədiyi zaman ciddi təhlükəsizlik riski böyükdür.
"Bu eynəklərin şüşəsi həddindən artıq tünd olduğuna görə, adi eynək kimi maşın, velosiped sürəndə istifadə edilməməlidir. Eynəklərin üstündə xüsusi mexanizimlər olduğuna görə, həddindən artıq qızma nəticəsində partlama hadisəsi baş verə və bu zaman gözlərin ciddi zərər görməsi qaçılmazdır", - deyə təhlükəsizlik üzrə ekspert Orxan Musayev qeyd edib.
Həm satışı, həm də istifadəsi qanunsuz olan bu məhsullar gömrükdən necə keçirilir?
Dövlət Gömrük Komitəsindən bildirilir ki, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin ölkə ərazisinə gətirilməsi üçün xüsusi icazənin verilməsi qaydaları və xüsusi icazəni verən mərkəzi icra hakimiyyəti orqanlarının siyahısı "Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanı ilə tənzimlənir.
"Adıçəkilən fərmanın iki nömrəli əlavəsinin 12-ci bölməsinə əsasən, əşyaların dövriyyəsinə xüsusi icazə müvafiq xüsusi icazəni verən dövlət orqanının rəhbəri tərəfindən imzalanır və həmin orqanın möhürü ilə təsdiq edilir. Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin xüsusi icazə sənədi təqdim olunmadıqda ölkə ərazisinə gətirilməsinə yol verilmir. Müvafiq icazə yalnız müəyyən dövlət orqanlarına verilir. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" Qanuna görə, bu texniki vasitələrdən yalnız hüquq-mühafizə və xüsusi xidmət orqanları, o cümlədən Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Fövqəladə Hallar Nazirliyi və digər müvafiq qurumlar istifadə edə bilər".
Belə olan halda, bu məhsulların satışı qanunla necə tənzimlənir?
Hüquqşünas Hikmət Əliyevin sözlərinə görə, Cinayət Məcəlləsinə əsasən, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq istehsal etmə, satma və ya satış məqsədilə əldə etmə cinayət məsuliyyəti yaradır.
Həmçinin oxuyun
21:24 / 18 Aprel 2025
“Zəfər” ordenli generala yüksək vəzifə verildi
159
20:34 / 18 Aprel 2025
İran ABŞ-la nüvə sazişi üzrə danışıqlar barədə Rusiyanı məlumatlandırıb
36
20:18 / 18 Aprel 2025
Dünyanın ən hündür körpüsü Çində tikiləcək
44
19:55 / 18 Aprel 2025
Özbəkistan İlon Maska danışır
36
19:40 / 18 Aprel 2025
Kadırov Stavropol diyarında namazın qadağan edilməsi fikrindən qəzəblənib
54
19:27 / 18 Aprel 2025
Direktorla dalaşandan sonra işdən çıxarılmışdı - İndi də 1000 manat cərimələndi
56
19:23 / 18 Aprel 2025
Mask ruslara məlumat ötürməkdə şübhəli bilinir
51
19:08 / 18 Aprel 2025
Şuşada düşmənlə əlbəyaxa döyüşə girən şəhid — Bu gün onun doğum günüdür
377
18:51 / 18 Aprel 2025
Prezident ailəsi ilə “Sea Breeze”dəki layihələrlə tanış oldu - Fotolar
487
18:47 / 18 Aprel 2025
Macarıstanda Ukraynanın Aİ-də “taleyini həll edirlər”
51
18:42 / 18 Aprel 2025
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
67
18:37 / 18 Aprel 2025
Onlar yumurta da yeyir — Kobra ilanı haqqında faktlar
94
18:25 / 18 Aprel 2025
ABŞ nəhayət ki, Ukraynanı tərk edir
62
17:49 / 18 Aprel 2025
Müavinət və təqaüdlər artır — Nazir açıqladı
694
17:46 / 18 Aprel 2025
İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
83
17:44 / 18 Aprel 2025
Azərbaycanın dövlət borcu açıqlanıb
71
17:44 / 18 Aprel 2025
ABŞ Suriyanın yeni rəhbərliyini hədələyir
74
17:25 / 18 Aprel 2025
Kartdakı pullarınızı dələduzlardan qorumağın yolları bunlardır — Mütəxəssidən vətəndaşlara vacib məlumat
3280
17:18 / 18 Aprel 2025
Sevinc Osmanqızı Azərbaycana verilir? — Elman Nəsirovdan açıqlama
1054
17:17 / 18 Aprel 2025
Pentaqon sualtı pilotsuz təyyarə yaratmaq üçün podratçı axtarır
70
17:11 / 18 Aprel 2025
Vance ABŞ-İtaliya ticarət danışıqlarının təfərrüatlarını açıqlayır
78
17:04 / 18 Aprel 2025
Təmirə gətirilən telefon bomba kimi partladı
74
17:02 / 18 Aprel 2025
101 namizəd vəkil andı içərək ARVK-nın üzvü olub — Vəkillər Kollegiyasının tədbirindən görüntülər
81
16:51 / 18 Aprel 2025
Bu virusa yoluxanlar ömrü boyu dərman içirlər — İİV(QİÇS) xəstələrini müalicə edən həkimlə MÜSAHİBƏ
2647
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.