Meloni sözünü dedi
17 Dekabr 2025, 23:35
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
438
06.03.2025, 10:52
Avropa İttifaqı ölkələrinin daxili işlər nazirləri Avropa İttifaqına daxil olmayan ölkələrdən Şengen zonasına gedənlərin giriş-çıxışlarının rəqəmsal qeydinə imkan verəcək Elektron Giriş-Çıxış Sisteminin mərhələli şəkildə işə salınmasını təsdiqləyiblər. Ajans.az xəbər verir ki, Avropa Birliyi (AB) Şurasından verilən yazılı açıqlamaya görə, Polşada bir araya gələn Aİ ölkələrinin daxili işlər nazirləri, üzv dövlətlərin 6 ay müddətində EES-i mərhələli şəkildə tətbiq etmələrinə imkan verəcək tənzimləmə üzərində razılaşıblar.
Yeni plana əsasən, ilk 60 gün ərzində üzv dövlətlər yeni sistemdən biometrik funksiyalar olmadan işləyə biləcəklər, lakin 3 aydan sonra yeni sistemdən sərhəd-keçid məntəqələrinin ən azı yarısında istifadə etməli olacaqlar. Səyahət sənədləri AB-yə daxil olarkən 6 aylıq yeni sistemə keçid dövrünün sonuna qədər əl ilə möhürlənməyə davam edəcək, lakin bu müddətin sonunda bütün məlumatlar elektron şəkildə işlənəcək.
Tənzimləmə sistemi mərhələli şəkildə tətbiq etmək istəyənlərə bunu etməyə imkan verəcək, digərləri isə ilk gündən sistemi tam şəkildə tətbiq etməyə başlaya biləcəklər. Sistemin mərhələli şəkildə tətbiqi üçün heç bir başlanğıc tarixi müəyyən edilməsə də, tənzimləmə Avropa Parlamenti (AP) tərəfindən təsdiqləndikdən və qüvvəyə mindikdən sonra Aİ Komissiyası tərəfindən bir tarixin müəyyən edilməsi gözlənilir.
Həmçinin oxuyun
EES ilə Aİ üzvü olan bir ölkədə qısamüddətli qalmaq üçün səyahət edən Aİ üzvü olmayan vətəndaşların giriş və çıxışları, pasport məlumatları, barmaq izləri və üz təsvirləri rəqəmsal olaraq qeydə alınacaq. Yeni sistem Şengen zonasına qeyri-qanuni girişlərə nəzarət etmək və onlarla mübarizə aparmaq məqsədi daşıyır. Əvvəlcə 10 noyabr 2024-cü ildə qüvvəyə minməsi planlaşdırılan yeni sistem, üzv ölkələrin infrastrukturlarının hələ hazır olmadığı səbəbi ilə dəfələrlə təxirə salınmışdı.
01:50 / 18 Dekabr 2025
104
01:48 / 18 Dekabr 2025
51
00:00 / 18 Dekabr 2025
660
23:35 / 17 Dekabr 2025
71
23:29 / 17 Dekabr 2025
83
23:21 / 17 Dekabr 2025
226
23:00 / 17 Dekabr 2025
480
22:50 / 17 Dekabr 2025
299
22:36 / 17 Dekabr 2025
203
22:27 / 17 Dekabr 2025
260
21:45 / 17 Dekabr 2025
661
21:36 / 17 Dekabr 2025
178
21:30 / 17 Dekabr 2025
101
21:20 / 17 Dekabr 2025
1002
21:17 / 17 Dekabr 2025
393
20:59 / 17 Dekabr 2025
98
20:53 / 17 Dekabr 2025
98
20:49 / 17 Dekabr 2025
622
19:58 / 17 Dekabr 2025
110
19:56 / 17 Dekabr 2025
135
18:57 / 17 Dekabr 2025
636
18:52 / 17 Dekabr 2025
1379
18:39 / 17 Dekabr 2025
2701
18:36 / 17 Dekabr 2025
98
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.