Təyyarə şəhərin ortasına endi
14 Dekabr 2025, 08:43
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1017
25.02.2025, 18:38
İsrail münaqişənin sülh yolu ilə həlli üçün ABŞ-ın diplomatik səylərini dəstəkləməsinin zəruriliyini əsas gətirərək BMT Baş Assambleyasının Ukrayna ilə bağlı Rusiya əleyhinə qəbul etdiyi qətnamənin əleyhinə səs verib.
Oxu24.com xəbər verir ki,bu barədə RİA Novosti-yə İsrail Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.
“İsrail Amerikanın müharibənin dayandırılmasında və münaqişənin sülh yolu ilə həllində irəliləyiş əldə edilməsinə yönəlmiş səylərini dəstəkləməyi vacib hesab edir”, - diplomat sənədin təsdiqindən imtinanın səbəbləri ilə bağlı sualı cavablandırıb.
Fevralın 24-də BMT Baş Assambleyası Ukrayna ilə bağlı iki qətnaməyə səs verib: Ukrayna-Avropa və Amerika. Hər ikisi qəbul edilib.
Həmçinin oxuyun
Beynəlxalq təşkilatın Təhlükəsizlik Şurası da Amerika qətnaməsinə baxıb. Sənəd ilkin variantında qəbul edilib, Təhlükəsizlik Şurası həm Avropa ölkələrinin anti-Rusiya düzəlişlərini, həm də münaqişənin səbəblərinin qiymətləndirilməsinə aydınlıq gətirmək məqsədi daşıyan Rusiyanın təkliflərini rədd edib.
Amerikanın “Axios” portalının müxbiri Barak Ravid onun ABŞ-ın Ukraynaya dair təklif etdiyi neytral qətnamənin həmmüəlliflərindən biri kimi adını çəkib. Jurnalistin sözlərinə görə, sənədin həmmüəllifləri İsrail, Macarıstan, Gürcüstan və Şimali Makedoniya olub.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyi BMT-nin Ukrayna ilə bağlı qəbul etdiyi qətnaməni şərh edib.
Nigar
19:36 / 14 Dekabr 2025
1
19:27 / 14 Dekabr 2025
28
19:22 / 14 Dekabr 2025
18
18:57 / 14 Dekabr 2025
1089
17:55 / 14 Dekabr 2025
580
16:45 / 14 Dekabr 2025
1034
15:41 / 14 Dekabr 2025
815
15:09 / 14 Dekabr 2025
76
14:56 / 14 Dekabr 2025
163
14:08 / 14 Dekabr 2025
2042
13:58 / 14 Dekabr 2025
102
13:27 / 14 Dekabr 2025
118
13:18 / 14 Dekabr 2025
97
13:09 / 14 Dekabr 2025
131
12:54 / 14 Dekabr 2025
510
12:18 / 14 Dekabr 2025
1053
12:06 / 14 Dekabr 2025
2243
11:38 / 14 Dekabr 2025
106
11:30 / 14 Dekabr 2025
762
11:22 / 14 Dekabr 2025
83
10:43 / 14 Dekabr 2025
1104
10:33 / 14 Dekabr 2025
131
10:20 / 14 Dekabr 2025
114
09:40 / 14 Dekabr 2025
126
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.