Ukraynadan ŞOK ADDIM: Trampın bu təklifi rədd edildi
13 Dekabr 2025, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
877
10.02.2025, 18:17
Çin prezidenti Si Cinpin 9 may 2025-ci ildə Böyük Vətən Müharibəsinin 80 illiyini qeyd etmək üçün Moskvaya gəlməyə hazırlaşır.
Oxu24.com xəbər verir ki, Rusiyanın Çindəki səfiri İqor Morqulov bildirib. “Öz növbəsində [Xi Jinping] Vladimir Vladimiroviç Putini sentyabrın əvvəlinə planlaşdırılan bayram tədbirləri üçün Çinə dəvət etdi”, - diplomat “Rossiya 24” telekanalının efirində bildirib.
Bu il Çin də Yaponiya üzərində qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80 illiyini qeyd edəcək. Pekin hələlik Si Cinpinin Moskvaya səfərini rəsmən təsdiqləməyib. O, sonuncu dəfə 2015-ci ildə Moskvada Qələbə Paradında iştirak edib. Putini Yeni il təbrikində Çin lideri “dünya antifaşist müharibəsi”ndə qələbənin 80-ci ildönümündə Rusiya ilə əməkdaşlığı dərinləşdirəcəyini vəd edib.
Həmçinin oxuyun
Daha əvvəl Kreml bəyan etmişdi ki, Rusiya mayın 9-da “çoxlu dövlət başçılarını” Moskvaya dəvət edib. Slovakiyanın baş naziri Robert Fiko, Serbiya prezidenti Aleksandr Vuçiç, Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbas və Braziliya prezidenti Luiz İnasio Lula da Silva Qələbə Paradında iştirak etmək niyyətlərini açıqlayıblar. Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı işğalından bu yana heç bir xarici lider Qələbə Gününü qeyd etmək üçün Moskvaya gəlməyib.
2023-cü ildə, mayın 9-da Putin Moskvada yeddi postsovet dövlətinin başçısını bir araya topladı: Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan. Onlar, Ermənistanın baş naziri Nikol Paşinyan istisna olmaqla, 2024-cü ildə keçirilən paradda iştirak ediblər. Daha sonra onlara Qvineya-Bisau prezidenti Sisoku Embalo, Kuba prezidenti Mişel Diaz-Kanel Bermudez və Laos prezidenti Thongloun Sisoulith qoşulub.
Nigar
00:04 / 14 Dekabr 2025
5
23:47 / 13 Dekabr 2025
185
23:44 / 13 Dekabr 2025
21
23:30 / 13 Dekabr 2025
28
22:45 / 13 Dekabr 2025
162
22:30 / 13 Dekabr 2025
78
22:28 / 13 Dekabr 2025
88
22:22 / 13 Dekabr 2025
83
22:11 / 13 Dekabr 2025
173
21:58 / 13 Dekabr 2025
341
21:34 / 13 Dekabr 2025
908
21:21 / 13 Dekabr 2025
72
21:19 / 13 Dekabr 2025
95
21:15 / 13 Dekabr 2025
69
21:02 / 13 Dekabr 2025
64
20:49 / 13 Dekabr 2025
337
20:44 / 13 Dekabr 2025
82
20:36 / 13 Dekabr 2025
71
20:26 / 13 Dekabr 2025
70
20:01 / 13 Dekabr 2025
268
19:53 / 13 Dekabr 2025
88
19:21 / 13 Dekabr 2025
590
19:16 / 13 Dekabr 2025
116
18:32 / 13 Dekabr 2025
1035
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.