Ukraynadan ŞOK ADDIM: Trampın bu təklifi rədd edildi
13 Dekabr 2025, 23:30
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
593
19.01.2025, 12:37
Yanvarın 15-də ABŞ-ın vasitəçiliyi ilə Fələstinin HƏMAS qruplaşması və İsrail arasında atəşkəs razılaşmasının imzalanması bütün dünyada müsbət qarşılandı. Lakin razılaşmanın elanından bir neçə saat sonra İsrail Silahlı Qüvvələrinin Qəzza zolağına hücumu vəziyyəti yenidən gərginləşdirdi.
Buna baxmayaraq əsir və girovların dəyişməsini nəzarət tutan 42 günlük razılaşma HƏMAS rəhbərliyi və Təl-Əviv tərəfindən təsdiqlənib. İsrailin yeni hücumlar həyata keçirməsi isə əldə olunan atəşkəsin pozulmasına təhdid kimi dəyərləndirilir.
Tərəflər 42 günlük razılaşmaya riayət edəcəklər? Qısamüddətli atəşkəsin sülhlə nəticələnmə ehtimalı varmı?
Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, İsraillə HƏMAS arasındakı atəşkəs həm israillilər, həm də fələstinlilər üçün uzun və ağrılı fəsli bitirmək ümidləri yaradır:
“Lakin yenə də, müharibə və ya döyüşlərin bərpasını tələb edən dönüş nöqtələrinin yaranması mümkündür. Bu, texniki baxımdan İsrail və ya HƏMAS-ın atəşkəs sazişinin tələblərini pozmaq proqnozları ilə izah edilə bilər. Daha geniş geosiyasi prizmada isə Yaxın Şərqin yenidən sürpriz şəkildə formalaşdırılmasından irəli gələn nəticələr yeni münaqişələri qaçılmaz edəcək.
Hərçənd ki, HƏMAS-İsrail müharibəsinin gedişatında İranın müqavimət oxu sarsıdıcı zərbə aldı, Suriyadakı Bəşər Əsəd rejimi devrildi, Tehranın Yaxın Şərq strategiyası tənəzzülə yaxınlaşdı. Yəni düşünmək olar ki, İranın geosiyasi mövqelərinin zəifləməsi, bəlkə Yaxın Şərqi sülh və sabitlik regionu edə bilər, lakin məsələ təkcə Tehranla məhdudlaşmır.
Regionda Türkiyə böyük geosiyasi üstünlüklər qazanır, Çinin strateji yanaşmaları genişlənir, ABŞ ilə Rusiya isə əvvəlki dövrlərə nisbətdə çox da uğur qazana bilmir. Buna baxmayaraq, HƏMAS ilə İsrail arasındakı atəşkəs ABŞ diplomatiyasının Çin diplomatiyasını məhdudlaşdırmaq səylərinin bir hissəsi kimi şərh oluna bilər”.
Həmçinin oxuyun
Ekspert hesab edir ki, rəqabətin davamı, üstəlik İsrailin HƏMAS-ı tamamilə məhv etmək barədəki bəyanatları proseslərin region üçün bundan sonrakı nəticələrini qaranlıqlaşdırır:
“Rəqabətə əsaslanan strategiyaların təsirinin tam həcmi tezliklə məlum olacaq. Onu da nəzərə almaq zəruridir ki, hələ ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp administrasiyasının Yaxın Şərq siyasətinin konturları tam bəlli deyil. Amma Trampın İsrailə misilsiz dəstəyi münaqişələri alovlandıra bilər.
Deməli atəşkəs sazişi gələcəyə dair sülh üfüqlərini tam aydınlaşdırmayan və situativ olaraq müharibənin dondurulması riskini özündə ehtiva edən sənəddir. Dağılmış və xarabalıq vəziyyətində olan Qəzzada, əhalini saxlamaq və humanitar fəlakəti sabitləşdirmək qarşıda duran ən əhəmiyyətli problemlərdən biridir”.
Analitikin sözlərinə görə, atəşkəsin nəhəng regional konteksti barədə əlavə iddialar da yaranır:
“Türkiyənin İranın güzəştlərə məcbur edilməsi ilə başlana biləcək yeni proseslərdə geosiyasi mövqeləri güclənəcək. Ankaranın baxışı hərbi genişlənmə ilə yanaşı, strateji infrastrkturlara, iqtisadi razılaşmalara köklənəcək. Türkiyə Suriyanın gələcəyinin əsas memarı kimi çıxış edir, həm də PKK-nın məhvi barədə strategiyasını yeniləyir.
Hərçənd ki, burada Ankara ilə Təl-Əvivin maraqlarının toqquşan və birləşən tərəfləri mövcuddur. Bu, ayrıca bir mövzunun predmetidir, lakin Yaxın Şərqdəki ən son sülh hadisəsi (HƏMAS-İsrail razılaşması) Türkiyənin PKK əleyhinə mübarizə kodeksinə müsbət təsir göstərəcək. Bununla da Türkiyə Yaxın Şərqdə güc balansını dəyişməyə, Dəməşqdə Ankaradan idarə olunan hakimiyyət qurmağa, ABŞ, İran, Rusiya kimi rəqiblərinin təsirini əhəmiyyətli şəkildə cilovlamağa nail olmaq yanaşmalarını təkrarlayacaq”.
23:47 / 13 Dekabr 2025
10
23:44 / 13 Dekabr 2025
7
23:30 / 13 Dekabr 2025
15
22:45 / 13 Dekabr 2025
140
22:30 / 13 Dekabr 2025
74
22:28 / 13 Dekabr 2025
82
22:22 / 13 Dekabr 2025
77
22:11 / 13 Dekabr 2025
163
21:58 / 13 Dekabr 2025
321
21:34 / 13 Dekabr 2025
868
21:21 / 13 Dekabr 2025
71
21:19 / 13 Dekabr 2025
92
21:15 / 13 Dekabr 2025
69
21:02 / 13 Dekabr 2025
64
20:49 / 13 Dekabr 2025
326
20:44 / 13 Dekabr 2025
80
20:36 / 13 Dekabr 2025
70
20:26 / 13 Dekabr 2025
70
20:01 / 13 Dekabr 2025
267
19:53 / 13 Dekabr 2025
87
19:21 / 13 Dekabr 2025
542
19:16 / 13 Dekabr 2025
116
18:32 / 13 Dekabr 2025
1026
18:12 / 13 Dekabr 2025
169
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.