NASA yeni teleskopu kosmosa buraxır: kainatın ən böyük sirrini öyrənəcək
26 Avqust 2026, 21:53
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1136
18.01.2025, 10:15
ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupunun həmsədrləri, Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar Partiyasının üzvü Stiv Kohen (Steve Cohen) və Alabama ştatını təmsil edən Respublikaçılar Partiyasının üzvü Robert Aderholt 20 Yanvar - Ümumxalq Hüzn Gününün 35-ci ildönümü ilə bağlı bəyanatlarla çıxış ediblər.
OXU24.COM xəbər verir ki, bəyanatda 20 Yanvar faciəsindən bəhs edən Konqres üzvü S.Kohen Azərbaycan tarixində ən faciəvi hadisələrdən biri olan "Qara Yanvar" gecəsində təxminən iyirmi altı min sovet qoşununun paytaxt Bakıya tanklar və zirehli avtomobillərlə hücum etdiyini, yaşlılar və qadınlar da daxil olmaqla günahsız insanlara və dinc etirazçılara atəş açdığını, nəticədə 147 insanın həlak olduğu, 800 nəfərin yaralandığı, 841 nəfərin həbs edildiyi və 5 nəfərin isə itkin düşdüyünü bildirib.
Daha sonra Konqres üzvü 20 Yanvar şəhidlərinin ailələrinə başsağlığı verib.
Bununla yanaşı, ABŞ-ın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğu və 1992-ci il fevralın 28-də diplomatik əlaqələrin qurulduğu qeyd olunub.
S.Kohen ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədri kimi həmkarlarına Azərbaycanın müstəqilliyi yolunda canlarını qurban verənləri tanımağa çağırış edib.
Bəyanatında 20 Yanvar faciəsindən bəhs edən Konqres üzvü R.Aderholt dost və tərəfdaş olan Azərbaycanda "Qara Yanvar"ın 35-ci ildönümünün anıldığını bildirib.
Konqres üzvü bu dövrün Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcı olduğunu, zülm və dəhşət dövrü olduğunu, lakin kommunizmin şərindən qorxmayan Azərbaycan xalqının azadlığa can atdığını qeyd edib. 1990-cı il yanvarın 19-da Azərbaycanın paytaxtı Bakıda sovet qoşunları tərəfindən 100-dən çox azərbaycanlı nümayişçinin öldürülməsi və daha 700 nəfərin yaralanması ilə zorakılığın baş verdiyini, bunlara baxmayaraq, Azərbaycan xalqının 1991-ci il oktyabr 18-də SSRİ-dən müstəqillik əldə edənə qədər dinc etirazlarını davam etdirdiyini vurğulayıb.
Bəyanatda R.Aderholt həmkarlarından Azərbaycanda "Qara Yanvar" hadisələrinin anılmasında və azadlıq uğrunda mübarizədə canlarından keçənlərin xatirəsinin ehtiramla yad edilməsində ona qoşulmalarını xahiş edib. Həmçinin o, ABŞ-ın Azərbaycan xalqını və onun azad yaşamaq hüququnu dəstəkləməyə davam etdiyini qeyd edib.
23:46 / 26 Avqust 2026
36
23:16 / 26 Avqust 2026
47
22:53 / 26 Avqust 2026
40
22:53 / 26 Avqust 2026
53
22:26 / 26 Avqust 2026
63
21:53 / 26 Avqust 2026
74
21:07 / 26 Avqust 2026
73
20:47 / 26 Avqust 2026
89
20:21 / 26 Avqust 2026
94
20:00 / 26 Avqust 2026
74
19:29 / 26 Avqust 2026
67
19:16 / 26 Avqust 2026
85
18:58 / 26 Avqust 2026
87
18:47 / 26 Avqust 2026
97
18:19 / 26 Avqust 2026
79
18:04 / 26 Avqust 2026
100
17:56 / 26 Avqust 2026
103
17:43 / 26 Avqust 2026
103
17:40 / 26 Avqust 2026
87
17:20 / 26 Avqust 2026
102
16:59 / 26 Avqust 2026
90
16:45 / 26 Avqust 2026
94
16:30 / 26 Avqust 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.