Qaynar xətt:

(+99450) 247 90 86

Kiyevdə güclü partlayışlar oldu

Kiyevdə güclü partlayışlar oldu

DÜNYA

818

20.12.2024, 11:16

Dekabrın 20-də səhər saatlarında Kiyevdə silsilə güclü partlayışlar baş verib. Hadisə şahidləri sosial şəbəkələrdə yanğınların başladığını bildirirlər.

Oxu24.com xəbər verir ki, bu barədə Ukraynanın “Strana” nəşri yazır.

Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti yanğının Kiyev vilayətinin Borispol rayonundakı anbarlarda baş verdiyini təsdiqləyib. Yanğın sahəsi 15 min kvadratmetrdir.

"Bu barədə heç bir rəsmi məlumat yox idi, lakin yanğın və partlamanın parıltısı Ukrayna Silahlı Qüvvələri üçün döyüş sursatlarının çox güman ki, orada saxlandığını göstərir", - KİV yazır.