Bitkoinin qiyməti artıb
28 Avqust 2026, 23:28
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
881
20.12.2024, 03:26
Fransanın paytaxtı Parisdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd edilib.
OXU24.COM xəbər verir ki, Azərbaycanın Fransadakı Səfirliyinin Mədəniyyət Mərkəzində Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən tədbirdə ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva, UNESCO-da daimi nümayəndə Elman Abdullayev, Fransanın müxtəlif şəhərlərində yaşayan soydaşlarımız və digər şəxslər iştirak ediblər.
Səfir L.Abdullayeva bu ilin Azərbaycan üçün uğurlu olduğunu bildirib. Səfir uğurlar arasında ölkəmizin dünya miqyaslı tədbir COP29-a yüksək səviyyədə ev sahibliyini xüsusilə qeyd edib.
L.Abdullayeva Azərbaycanın mürəkkəb coğrafi bölgədə yerləşməsinə baxmayaraq bu gün uğurlu, sabit və müstəqil siyasət yürüdən, istər iqtisadi, istər demoqrafik inkişafı baxımından regionun aparıcı dövləti olduğunu xüsusi qeyd edib. Diplomat uğurların dövlətimizin apardığı sabit müstəqil siyasətinin nəticəsi olduğunu bildirib.
O, Fransa-Azərbaycan əlaqələrinə də toxunub, iki dövlət arasında siyasi dialoqun 2024-cü ildə olmamasına təəssüfünü bildirib və bunun səbəbkarlarının ölkəmizin olmadığını qonaqların diqqətinə çatdırıb. 2024-cü ildə baş tutan çoxsaylı və yüksək səviyyəli mədəni tədbirlərdən danışan səfir tədbirlərin baş tutmasında yaxından iştirak edən və Azərbaycanın dəyərlərini Fransada tanıtdırmaq istiqamətində böyük səylər göstərən diasporumuzun nümayəndələrinə, həmçinin təşkilat rəhbərlərinə təşəkkürünü bildirib.
Tədbirin bədii hissəsində "Simurq" muğam ansamblının konserti təqdim olunub.









23:54 / 28 Avqust 2026
11
23:28 / 28 Avqust 2026
40
23:11 / 28 Avqust 2026
48
22:56 / 28 Avqust 2026
53
22:32 / 28 Avqust 2026
58
22:12 / 28 Avqust 2026
61
21:45 / 28 Avqust 2026
62
21:09 / 28 Avqust 2026
77
20:50 / 28 Avqust 2026
94
20:40 / 28 Avqust 2026
100
20:07 / 28 Avqust 2026
83
19:53 / 28 Avqust 2026
110
19:29 / 28 Avqust 2026
84
19:26 / 28 Avqust 2026
322
19:16 / 28 Avqust 2026
424
19:09 / 28 Avqust 2026
86
18:47 / 28 Avqust 2026
96
18:30 / 28 Avqust 2026
97
18:21 / 28 Avqust 2026
585
18:10 / 28 Avqust 2026
74
18:00 / 28 Avqust 2026
80
17:59 / 28 Avqust 2026
105
17:40 / 28 Avqust 2026
78
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.