Qaynar xətt:

(+99450) 247 90 86

Britaniya qırıcı təyyarəsi Ankaraya eniş edib

Britaniya qırıcı təyyarəsi Ankaraya eniş edib

DÜNYA

405

19.12.2024, 20:09

Kral Hərbi Hava Qüvvələrinə məxsus dördüncü nəsil çoxməqsədli qırıcı Eurofighter Typhoon Ankaradakı Mürted Hava Bazasına eniş edib.

Oxu24.com bu barədə “Anadolu”ya istinadən xəbər verir.

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada deyilir: “Qətərdə təlimdə iştirak edən Böyük Britaniyaya məxsus iki Eurofighter Typhoon təyyarəsi dönüş uçuşunda Ankaradakı Mürted Hava Bazamıza eniş edib.”

Eurofighter Typhoon hərbi təyyarələri Böyük Britaniya, Almaniya, İtaliya və İspaniyanın birgə istehsalıdır. Ankara əvvəllər qırıcı təyyarələrin alınmasında maraqlı olduğunu bildirmişdi, lakin satış üçün bütün istehsalçı ölkələrin icazəsi tələb olunduğundan Berlinin etirazları bu prosesə mane oldu.

Nigar