Sensasion xəbər var, ABŞ prezidenti o olacaq - Tramp
21 Noyabr 2026, 11:27
Qaynar xətt:
(+99450) 247 90 86
DÜNYA
1139
19.12.2024, 14:57
Rusiya Suriyada ümumilikdə öz məqsədlərinə nail olub.
Oxu24.com xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Amerikanın NBC telekanalının jurnalistinin sualını cavablandırarkən birbaşa xətt zamanı bildirib.
“Onlar Suriyadakı vəziyyəti Rusiya Federasiyasının məğlubiyyəti kimi təqdim etmək istəyirlər. Bu səhvdir. Biz Suriyaya gəldik ki, orada Əfqanıstandakı kimi terror anklavı yaranmasın. Bütövlükdə məqsədimizə nail olduq”, - Rusiya lideri bildirib.
Dövlət başçısı əlavə edib ki, hətta prezident Bəşər Əsəd hökuməti ilə vuruşan qruplar da dəyişikliklərə məruz qalıb.
“Əbəs yerə deyil ki, bir çox ölkələr onlarla əlaqələr qurmaq istəyir. Bu o deməkdir ki, müəyyən dərəcədə məqsədə nail olunub”, - Putin bildirib.
Dekabrın 8-də ABŞ və Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusunun komandanlığı Bəşər Əsədin hakimiyyətinin “bitdiyini” elan etdi. Rusiya Xarici İşlər Nazirliyi Əsədin dövlət başçısı postunu tərk etmək qərarına gəldiyini və “hakimiyyətin sülh yolu ilə ötürülməsi üçün göstərişlər verərək” Suriyanı tərk etdiyini bildirib. Daha sonra TASS-ın Kremldəki mənbəsi bildirib ki, Əsəd ailə üzvləri ilə birlikdə Moskvaya gəlib, Rusiya onlara “humanitar səbəblərə görə” sığınacaq verib.
Dekabrın 19-da Putin birləşmiş mətbuat konfransı və birbaşa xətt formatında ili yekunlaşdırır. Tədbirin moderatorları Birinci Kanalın hərbi müxbiri Dmitri Kulko və “Rossiya 24” telekanalının aparıcısı Aleksandra Suvorovadır. Gazeta.Ru onlayn yayımlayır.
Nigar
12:08 / 21 Noyabr 2026
1
11:54 / 21 Noyabr 2026
48
11:50 / 21 Noyabr 2026
63
11:41 / 21 Noyabr 2026
60
11:28 / 21 Noyabr 2026
524
11:27 / 21 Noyabr 2026
82
11:24 / 21 Noyabr 2026
75
11:16 / 21 Noyabr 2026
82
11:07 / 21 Noyabr 2026
101
11:00 / 21 Noyabr 2026
864
10:58 / 21 Noyabr 2026
93
10:33 / 21 Noyabr 2026
108
10:28 / 21 Noyabr 2026
116
10:27 / 21 Noyabr 2026
126
10:00 / 21 Noyabr 2026
162
09:42 / 21 Noyabr 2026
150
09:38 / 21 Noyabr 2026
119
09:35 / 21 Noyabr 2026
96
09:33 / 21 Noyabr 2026
114
09:03 / 21 Noyabr 2026
110
00:12 / 21 Noyabr 2026
219
23:31 / 20 Noyabr 2026
221
23:23 / 20 Noyabr 2026
219
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.