Qaynar xətt:

(+99450) 247 90 86

Aİ ABŞ-ın Kiyevə yardımdan imtina edəcəyi təqdirdə Ukrayna ilə bağlı strategiyasını açıqlayıb

DÜNYA

412

12.12.2024, 18:42

ABŞ Ukraynaya yardımı kəsərsə, Avropa İttifaqı Kiyevi dəstəkləməyə davam etməli olacaq.

Oxu24.com xəbər verir  ki, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas bu barədə “The Guardian” qəzetinə müsahibəsində bildirib.

"Əgər onlar (ABŞ - redaktorun qeydi) yardımı kəssələr, o zaman biz Ukraynanı dəstəkləməyə davam etməli olacağıq, çünki mən Rusiyanın qalib gələcəyi təqdirdə nə baş verəcəyindən narahatam", - o vurğulayıb.

Kallasın sözlərinə görə, Aİ-nin Kiyevə yardım göstərməsi “öz təhlükəsizliyimizə” və qlobal təhlükəsizliyə “sərmayə”dir. Eyni zamanda, Avropa diplomatiyasının rəhbəri qeyd edib ki, Ukraynaya maliyyə dəstəyi “xeyriyyəçilik deyil”, Avropa və ABŞ-ın strateji maraqlarına cavab verir.

Bundan əvvəl Kallas ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa demişdi ki, Çinə təsir edə bilmək üçün Rusiya ilə münasibətlərdə “güclü” olmalıdır.

Kallas əlavə edib ki, ABŞ-ın Ukraynaya yardımı Tayvanın statusu ilə bağlı vəziyyətdə Çin üçün siqnaldır.

Daha əvvəl Federasiya Şurası Kallasın Trampa Rusiya ilə necə davranacağını söyləmək cəhdini ələ salmışdı.

 

Nigar