Qaynar xətt:

(+99450) 247 90 86

İtaliyada partlayış- 2 ölü, 8 yaralı

DÜNYA

473

09.12.2024, 17:22

İtaliyanın Florensiya şəhəri yaxınlığında neft emalı zavodunda şiddətli partlayış baş verib.

Oxu24.com xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb. Üç nəfərin isə axtarışları aparılır.

Qubernatorluq hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini açıqlayıb.

Bildirilib ki, partlayış yanacaq çənindəki yanğın nəticəsində olub.