Qaynar xətt:

(+99450) 247 90 86

Facebook bu istifadəçilərə 17 min 500 dollar verməlidir - Siz də siyahıda ola bilərsiz

Facebook bu istifadəçilərə 17 min 500 dollar verməlidir - Siz də siyahıda ola bilərsiz

DÜNYA

1867

01.05.2018, 00:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" Əgər hansı istifadəçinin şəxsi məlumatları Facebook vasitəsi ilə ələ keçirilib və onlardan istifadə olunubsa, o zaman zərərçəkənlər 17500 dollar kompensasiya ala biləcək.
Bu barədə \"FB News Post” məlumat yayıb. Bu qərar \"Cambridge Analytica” qalmaqalından sonra bir sıra hüquqşünasın iştirakı ilə verilib.
Məlum olduğu kimi, \"Cambridge Analytica” adlı şirkət feysbookda 50 milyon insan haqqında məlumatlardan istifadə edib, bundan seçki kampaniyalarında öz məqsədləri üçün istifadə edirmiş. Hüquq professoru Morin Meppin fikrincə, qalmaqal Facebooka 875 milyard dollara başa gələ bilər – bu, şirkətin ümumi dəyərindən 2 dəfə çoxdur. Belə ki şirkət 465 milyard dollar dəyərində qiymətləndirilir. Morin Mepp qeyd edib ki, məlumatların sızdırılması səbəbindən istifadəçiyə dəyən mənəvi zərərə görə hər kəs şirkətdən 17500 dollar kompensasiya tələb edə bilər. Lakin, ehtimal ki, belə istifadəçilər yalnız 700 dollarla kifayətlənməli olacaqlar. Bunu jurnalistlərə açıqlamasında məlumatların müdafiəsində ixtisaslaşmış, \"Slater and Gordon” şirkətinin hüquqşünası Devid Bard bildirib. \"Kompensasiyanın məbləği oğurlanaraq daşınmış məlumatların miqyasından asılı olaraq dəyişə bilər. Bu halda Facebook hər zərər çəkən istifadəçiyə yalnız 700 dollar ödəməklə canını qurtara bilər”, – deyə o, qeyd edib. Səhmlərin məzənnəsinin düşdüyünü anlayan Facebookun rəhbəri Mark Zukerberq öz səhifəsində bütün səhvləri düzəltməyə və uzunmüddətli perspektivdə ən yaxşı xidmət göstərməyə söz verib: \"Biz sizin məlumatlarınızın məxfiliyi üçün məsuliyyət daşıyırıq. Əgər bu bizə müvəffəq olmursa, deməli biz sizə ləyaqətlə xidmət etmirik. Mən nə baş verdiyini anlamaq üçün bunun üzərində işləyirəm. Yaxşı bir xəbərim var ki, bundan sonra belə halların təkrar olmaması üçün ilk adımlar artıq atılıb. Facebooku mən yaratmışam, deməli burada baş verən hər şeyə görə məsuliyyət daşıyıram. Və istifadəçilərimizin məlumatlarının qorunması üçün əlimdən gələni edəcəyəm. Əlbəttə, bütün problemlərin aradan qaldırılmasına vaxt lazımdır, amma söz verirəm ki, biz bunun öhdəsindən gələcəyik və məxfiliyi qoruya biləcəyik”, – deyə o, fikrini yekunlaşdırıb.

Digər xəbərlər

Baş nazir sərəncam imzaladı 

19:54 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Baş nazir sərəncam imzaladı 

6

0
Prezident Əhmədə nə dedi? - Foto 

19:49 / 05 Oktyabr 2026

İDMAN İDMAN

Prezident Əhmədə nə dedi? - Foto 

33

0
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

19:34 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib

130

0
medialiteracy-media-gov
Bakı-Pekin münasibətlərində YENİ MƏRHƏLƏ: Müttəfiqlik müqaviləsi gündəmdə  

19:20 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Bakı-Pekin münasibətlərində YENİ MƏRHƏLƏ: Müttəfiqlik müqaviləsi gündəmdə  

50

0
İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

19:03 / 05 Oktyabr 2026

İDMAN İDMAN

İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib - YENİLƏNİB-2

64

0
Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

19:00 / 05 Oktyabr 2026

HÜQUQ HÜQUQ

Cəriməni vaxtında ödəməyən sürücünü nə gözləyir? – Ekspertdən xəbərdarlıq  

93

0
Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

18:42 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Yüksək riskli xəstəliklərdə əməliyyatsız müalicə cərrahiyyəyə alternativ ola bilərmi? – Ekspertdən AÇIQLAMA

76

0
Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

18:35 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Avtomobil alarkən ən çox edilən səhv nədir? – Mütəxəssisdən sürücülərə xəbərdarlıq  

95

0
Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

18:29 / 05 Oktyabr 2026

SİYASƏT SİYASƏT

Hikmət Hacıyev Ukrayna Ombudsmanı ilə görüşüb, humanitar məsələlər müzakirə olunub

69

0
Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

18:21 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Azərbaycanın balans siyasəti YENİ MƏRHƏLƏDƏ: “Orta güc” statusu ölkəyə nə qazandırır? — Politoloq AÇIQLAYIR  

67

0
Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

18:08 / 05 Oktyabr 2026

CƏMİYYƏT CƏMİYYƏT

Kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır 

70

0